Bank Respublika vakansiya: Risklərin İdarə Edilməsi Departamentində Monitorinq şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/baş mütəxəssisi.
Bank Respublika ASC-də Risklərin İdarə Edilməsi Departamentinin Monitorinq şöbəsində mütəxəssis, aparıcı mütəxəssis və ya baş mütəxəssis vakansiyası mövcuddur. İş vəzifələrinə kredit portfelinin təhlili, monitorinq və risklərin idarə edilməsi daxildir.
Əsas vəzifələr:
- Filialların kredit portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək.
- Filiallarda verilmiş kreditlərin monitorinqini həyata keçirmək və monitorinq olunan kreditlərin keyfiyyətini qiymətləndirmək.
- Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və bankın daxili qaydalarında, prosedurlarında zəruri dəyişikliklər edilməsi üzrə tövsiyələr vermək.
- Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər:
- Ali təhsil.
- Risk sahəsi üzrə sertifikatların olması üstünlükdür.
- Bankda biznes və istehlak kreditləri üzrə minimum 1 illik iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır.
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər.
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı.
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı.
- Analitik düşünmə qabiliyyəti.
- Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.
Risklərin İdarə Edilməsi Departamentində Monitorinq şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/baş mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini Bank Respublikaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 3 oktyabr 2024 il.
What's Your Reaction?