Bank Respublika vakansiya: Scrum master axtarılır.
Bank Respublika ASC-də Scrum Master vakansiyası. Agile komandalarını idarə etmək, layihə məqsədini çatdırmaq, və Scrum komandası ilə effektiv əməkdaşlıq etmək üçün mükəmməl ünsiyyət və problem həll etmə bacarıqlarına sahib Scrum Master axtarırıq.
Təsvir: Bank Respublika ASC-də Scrum Master olaraq işə qəbul olunmaq üçün axtarışdayıq. Bu vakansiya Agile dəyərləri və prinsiplərini şirkətimizdə və komandamızda təşviq etmək, Agile komandalarını idarə etmək, və Scrum komandasının effektivliyini artırmaq məqsədini güdür. Scrum Master, Agile görüşlərini facilitasiyaya edəcək, layihənin məqsədini komanda üzvlərinə düzgün şəkildə çatdıracaq və Bakloqun prioritetləşdirilməsində PO-ya dəstək olacaq. Scrum komanda daxilində qarşılaşdığı problemlərin həllində dəstək olmaq, çətinliklərin aradan qaldırılmasında komandaya kömək etmək, bankdaxili və komanda daxili biznes və Agile metriklərini təqib etmək və digər Scrum masterlərlə əməkdaşlıq edərək ən yaxşı praktikalardan istifadə etmək müvəffəqiyyətli bir namizədin əsas məsuliyyətlərindəndir.
Tələblər:
- Ali təhsil (IT yönümlü üstünlükdür);
- Agile mühitində 1 ildən artıq iş təcrübəsi;
- Layihələrin idarə edilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
- CSM / PSM I sertifikatlarının olması üstünlükdür;
- Jira/Zoho alətlərində işləmək bacarığı üstünlükdür;
- Korporativ mühitdə çalışmaq bacarığı;
- Mükəmməl ünsiyyət bacarığı;
- Komandanın inkişafı üçün komanda üzvlərinə dəstək olmaq;
- Vaxtın səmərəli idarə edilməsi və təşkiletmə bacarığı;
- Problem həll etmə bacarığı və nəticəyönümlülük;
- İngilis və rus dillərin biliyi üstünlükdür.
Son müraciət tarixi: Sentyabr 30, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
Scrum master vakansiyası ilə maraqlananlar CV-lərini Bank Respublikaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 sentyabr 2024 il.
What's Your Reaction?