Başkent vakansiya: Marketinq üzrə kiçik mütəxəssis (SMM Menecer).
Başkent Restoranlar Şəbəkəsi Marketinq üzrə Kiçik Mütəxəssis (SMM Menecer) axtarır! Sosial media idarəçiliyi və kreativ kontent yaratmaq istəyirsinizsə, müraciət edin. İş qrafiki 6 günlük, əmək haqqı 700-1000 AZN. CV göndərmə tarixi: 5 Dekabr 2024.
Vəzifə Öhdəlikləri:
- Restoranın aylıq post-planının hazırlanması və düzgün şəkildə yerinə yetirilməsi.
- Instagram, Tik-Tok hesabları üçün kreativ hekayə və reels kontentlərinin hazırlanması.
- Restoranın səhifələrindəki şərhlərin monitorinqi, izləyicilərin suallarının cavablandırılması.
- Marketinq aktivlikləri ilə bağlı foto-video çəkilişlərin planlanması, influnserlərlə kommunikasiya işlərinin təşkili.
- Görülən işlər üzrə aylıq hesabatın hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
İş Şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: 700 - 1000 AZN (təcrübəyə əsasən təyin olunur)
- Nahar şirkət tərəfindən verilir
Namizədlərdən Tələb Edilən Şərtlər:
- Cinsi: Qadın (23-35 yaş arası namizədlər)
- Təhsil: Marketinq və ya iqtisadiyyat sahələri üzrə ali təhsil.
- Təcrübə: Minimum 1 il.
- Dil Bilikləri: Azərbaycan dili, Rus dili və İngilis dili arzuolunandır.
- IT Bilikləri: Microsoft Office, CapCut, Canva ilə işləmək bacarığı arzuolunandır.
- Ünsiyyət Bacarığı: Xoş səs tonu, səlis və aydın intonasiya ilə danışıq bacarığı.
- Yaradıcı və Təşəbbüskar: Operativlik, prioritetləri düzgün müəyyənləşdirmək qabiliyyəti, komanda ilə işləmək bacarığı.
Müraciət:
Namizədlər öz CV-lərini 5 Dekabr 2024 tarixinə qədər, Marketinq üzrə Kiçik Mütəxəssis (SMM Menecer) mövzusu ilə info@bashkent.az elektron ünvanına göndərməlidirlər.
What's Your Reaction?