Bank Respublika vakansiya: Xırdalan filialına Mikro və aqro kreditlər üzrə mütəxəssis.
Bank Respublika ASC Xırdalan filialında Mikro və Aqro Kreditlər üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Ətraflı məlumat üçün vakansiya haqqında tələblər və vəzifələr. Mikro və aqro kreditlər üzrə 1 illik təcrübə tələb olunur.
Şəhər: Bakı, Azərbaycan
Vəzifə: Tam ştat
Şirkət: Bank Respublika ASC
Son müraciət tarixi: 17 dekabr, 2024
Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
Vəzifə öhdəlikləri:
Bank Respublika ASC-nin Xırdalan filialında Mikro və Aqro Kreditlər üzrə Mütəxəssis vəzifəsinə müraciət etmək istəyən namizədlərdən gözlənilən əsas öhdəliklər:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək.
- Müxtəlif müştəri tələblərinə uyğun bank məhsullarını təklif etmək.
- Bank məhsullarının effektiv və keyfiyyətli satışını təmin etmək.
- Bankın məhsullarının satışı üzrə müəyyən olunmuş planı yerinə yetirmək.
- Keyfiyyətli portfel formalaşdırmaq və idarə etmək.
Tələblər:
İdeal namizəddən gözlənilən əsas tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır).
- İş təcrübəsi: Mikro və aqro kredit sahəsində minimum 1 illik iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan dili (əla səviyyədə).
- Komputer bilikləri: Microsoft Office proqramları (Word, Excel).
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı.
- Fikrini dəqiq, dolğun və özünə əmin şəkildə təqdim etmə bacarığı.
- Ünsiyyət tərzi ilə insanları cəlb etmək və inandırmaq bacarığı.
- Məlumatları təhlil etmək və düzgün qərar vermək bacarığı.
- Yeni biliklər və bacarıqlar əldə etməyə maraqlı olmaq.
- Komanda üzvü olmaq və kollektivə tez uyğunlaşma bacarığı.
What's Your Reaction?