Paşa Bank vakansiya: Kart Sistemləri üzrə Administrator.

Paşa Bank-da Kart Sistemləri üzrə Administrator vakansiyası. İş mühiti, tələblər və üstünlüklər haqqında ətraflı məlumat. Müraciət edin və karyera imkanlarınızı genişləndirin.

Oct 29, 2024 - 12:59
Oct 29, 2024 - 13:03
 0
Paşa Bank vakansiya: Kart Sistemləri üzrə Administrator.
Paşa Bank vakansiya: Kart Sistemləri üzrə Administrator.

Vakansiya Elanı

Vəzifə: Kart Sistemləri üzrə Administrator
Şirkət: Paşa Bank
İş şəraiti: Tam ştat
Son müraciət tarixi: 19 noyabr 2024

İşin Təsviri: Kart Sistemləri üzrə Administrator kimi işiniz aşağıdakı vəzifələri əhatə edəcək:

  • Prosessing sistemində və onunla əlaqəli proqram təminatlarında baş verən problemlərin analizi və həlli.
  • Prosessing vendoru ilə danışıqların aparılması.
  • İşlə əlaqədar olaraq digər komandalarla əməkdaşlıq, problemlərin operativ və dəqiq həllinin təmin edilməsi.
  • Mövcud sistemlərin, eləcə də yeni yaradılacaq məhsulların sxema və işləmə prinsiplərinin sənədləşdirilməsi.
  • ECOMM sisteminin qoşulması və sonraki dəstəyi.
  • Linux/Windows idarəçiliyi ilə bağlı inzibatı tapşırıqların yerinə yetirilməsi.
  • Testləşdirmə və sistem yeniliklərinin tətbiqi.

Tələblər: Sizdən aşağıdakı bilik və bacarıqlar tələb olunur:

  • POS-Terminal cihazının işləmə prinsipi haqqında fundamental biliklər.
  • EMV Chip və ISO 8583 protokolu haqqında biliklər.
  • Şəbəkə və API işləmə prinsipi haqqında fundamental biliklər.
  • Linux əməliyyat sistemində əsas anlayışlar.
  • SELECT səviyyəsində SQL sorğulama dili bilikləri.
  • VISA və MASTERCARD ödəmə sistemləri haqqında ümumi anlayış.
  • Texniki sənədləri oxuyub anlamaq, beynəlxalq ödəmə sistemləri və proqram təminatı vendoru ilə əlaqə yaratmaq üçün İngilis dili biliyi.
  • Komandada işləmə, güclü ünsiyyət qurma, sistematik problemləri həll etmə bacarığı, analitik düşüncə və fövqəladə hallara reaksiya vermə qabiliyyəti.

Təhsil: Kompüter Elmləri və ya əlaqəli texniki sahə üzrə Bakalavr dərəcəsi
Tələb olunan iş təcrübəsi: Minimum 1 il iş təcrübəsi

Üstünlük veriləcək:

  • Prosessing sahəsində iş təcrübəsi, xüsusilə TİETO proqram təminatı, Way4, Tsys, Compass Plus, SmartVista və digər sistemlər.
  • Böyük həcmli loglar və məlumatlarla işləmə prinsipləri.
  • Proses avtomatlaşdırma və skripting üzrə təcrübə.
  • Oracle verilənlər bazası idarəetməsi ilə bağlı ilkin biliklər.
  • Python üzrə əsas anlayışlar.

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow