Barkod Electronics vakansiya: Mühasib axtarılır.
Mühasib vakansiyası axtaranlar üçün Barkod Electronics-də iş imkanı! 1C proqramını mükəmməl bilən, maliyyə təhsili olan və mühasibat sahəsində təcrübəyə malik şəxslər üçün ideal fürsət. Əmək haqqı razılaşma ilə. Mühasib vakansiyası ilə bağlı ətraflı məlumat üçün müraciət edin.
Vakansiya haqqında ətraflı məlumat:
Vəzifə: Mühasib
İş yeri: Bakı
Kateqoriya: Mühasibat
Məşğuliyyət: Tam iş günü
Əmək haqqı: Razılaşma yolu ilə
Mühasibin vəzifə öhdəlikləri:
- Alqı-Satqı və Xidmət müqavilələrinin hazırlanması
- Təsisçi ilə borc müqavilələri, qərar və digər sənədlərin hazırlanması
- Hesab-fakturaların hazırlanması
- E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi
- Təhvil-təslim aktlarının hazırlanması
- Qiymətin razılaşdırılması protokollarının hazırlanması
- Qarşılıqlı üzləşdirmə aktlarının tərtibi
- Bank ödəniş tapşırıqlarının yazılması
- Bank vasitəsilə online ödənişlərin edilməsi
- Əmək haqqı kartının açılması
- ƏDV-nin (Əlavə Dəyər Vergisi) hesablanması, tərtibi və ödənilməsi
- Köhnə və yeni dövr üçün əvəzləşmələrin aparılması
- Vahid bəyannamə üzrə vergi bəyannaməsinin hazırlanması
- Ödəmə mənbəyində tutulan vergilərin hesablanması və ödənilməsi
- Gündəlik online kargüzarlıq (gələn məktubların) izlənməsi və cavablandırılması
- Aylıq əmək haqqı cədvəlinin hazırlanması
- Məzuniyyət və son haqq-hesabın hesablanması
- Ezamiyyət sənədlərinin hazırlanması və hesablamaların edilməsi
Xüsusi Tələblər:
- Kollektivdə işləmək və ünsiyyət qurma bacarığı
- İşinə məsuliyyətli və diqqətli yanaşma
- 1C proqramını mükəmməl bilməli
- Maliyyə ixtisası üzrə təhsil almış olmalı
- İş təcrübəsi: Minimum 1 il
- Yaş: 20 – 30 yaş arası
Müraciət üçün:
Vakansiyaya müraciət etmək üçün CV-lərinizi “Mühasib” başlığı ilə hr@barkodelectronics.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
What's Your Reaction?