Kontakt Home vakansiya: Bölgü üzrə mütəxəssis.
Bölgü üzrə mütəxəssis vakansiyası Kontakt Home şirkətində Binəqədidə. Anbar əməliyyatları, məhsul yerdəyişməsi, və digər müvafiq vəzifələrdə təcrübə tələb olunur.
İşin Təsviri
Bölgü üzrə mütəxəssis vəzifəsinə qəbul olunan şəxs aşağıdakı müvafiq vəzifə öhdəliklərini yerinə yetirəcək:
- Gündəlik sorğular əsasında sistem üzərindən mağaza vitrinlərinin, mağaza anbarlarının, regional anbarların lazımi sayda məhsulla təmin olunması;
- Gündəlik sorğular əsasında sistem üzərindən məhsulların mağazalar və anbarlar arası yerdəyişmə əməliyyatlarının icrası;
- Yeni açılan mağazalar üçün məhsulların sistem üzərindən rezerv olunması və bağlanan mağaza qalıqlarının anbara və ya mağazalara yerdəyişməsi;
- Məhsul üzrə menecerlərin sorğusu əsasında təchizatçıya geri qaytarılmalı olan məhsulların sistem üzrə geri çəkilməsi;
- Bölgü zamanı aşkar olunan uyğunsuzluqlar barədə aidiyyəti şöbələrə məlumat verilməsi;
- Gündəlik olaraq gözləmə qalıqlarının yoxlanması, məhsulların gözləmə qalığında təyin olunan vaxtdan çox qalmamasına nəzarət edilməsi;
- Marketing, təlim və s. şöbələrdən daxil olan sorğular əsasında məhsulların müvafiq daxili istifadə qalıqlarına yerdəyişməsi;
- Şirkətdaxili şöbə və bölmələrlə məlumat və sənəd mübadiləsinin təşkili;
- Rəhbərin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də hesabatların hazırlanıb təqdim olunması.
İş Şəraiti
- İş qrafiki: I-VI günlər
- Əmək haqqı: 1000 AZN
- Son müraciət tarixi: Oktyabr 14, 2024
Tələblər
- Ali təhsil
- Anbar əməliyyatları üzrə nəzəri və praktiki biliklər
- Satış sahəsində minimum 1 il iş təcrübəsi
- Səlis şəkildə şifahi və yazılı Azərbaycan dili biliyi; Rus dili biliyi arzuolunandır
- MS Office proqramlarını sərbəst istifadə etmə bacarığı
- Punktuallıq və detallara diqqət etmə bacarığı
- Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişləri
- Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq və ədalətlilik
Bölgü üzrə mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 14 oktyabr 2024 il.
What's Your Reaction?