Business İnsight vakansiya: Loyallıq proqramlarında Data Təhlili üzrə mütəxəssis.
Loyallıq proqramlarında data təhlili üzrə mütəxəssis axtarılır! Business Insight şirkətində Bakı şəhərində yerləşən açıq vakansiya üçün müraciət edin.
İş barədə məlumat:
- Məlumatların toplanması və analizi: Loyallıq proqramı iştirakçılarının davranışları, üstünlükləri və fəallıq səviyyələri ilə bağlı məlumatların toplanması, işlənməsi və təhlili.
- Hesabatların və tövsiyələrin hazırlanması: Loyallıq proqramının effektivliyi haqqında müntəzəm hesabatların hazırlanması və əldə edilmiş məlumatlar əsasında strategiyanın təkmilləşdirilməsi üçün tövsiyələrin təqdim edilməsi.
- Əsas göstəricilərin monitorinqi (KPI): Loyallıq proqramının əsas göstəricilərinin, o cümlədən alış tezliyi, orta çek, müştərilərin geri dönüş faizi və digər metriklərin izlənməsi və təhlili.
- Müştəri seqmentasiyası: Hədəfli marketinq kampaniyaları üçün proqram iştirakçılarının müxtəlif parametrlər əsasında seqmentləşdirilməsi.
- Tendensiyaların proqnozlaşdırılması: İştirakçıların davranışlarını proqnozlaşdırmaq və effektiv marketinq strategiyalarının hazırlanması üçün potensial tendensiyaların təhlili.
- Test və optimizasiya: Loyallıq proqramının müxtəlif aspektlərinin testlərinin aparılması və nəticələr əsasında optimallaşdırılması.
- Digər şöbələrlə qarşılıqlı əlaqə: Marketinq, digital və digər əlaqədar komandalarla analitik məlumatların inteqrasiyası.
- Hesabatlığın avtomatlaşdırılması: Proqramın fəaliyyəti haqqında məlumatların vaxtında əldə edilməsi və təhlili üçün avtomatlaşdırılmış hesabat sistemlərinin tətbiqi və dəstəklənməsi.
İş şəraiti:
- Öyrədici və inkişafaməyilli iş mühiti
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə
- İş vaxtı həftədə 6 iş günü
- Əmək haqqı namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən ediləcək
Namizədə tələblər:
- Ali təhsil (iqtisadiyyat, tətbiqi riyaziyyat, statistika və ya digər müvafiq ixtisas üzrə)
- Yaş həddi: 22-35
- Rus və ingilis dili biliklərinin orta səviyyədə olması arzuolunandır
- Müvafiq sahədə ən azı 2 illik təcrübə
- Yaradıcı düşüncə və analitik nəticələri təqdim etmə bacarığı
- Araşdırma, yüksək analitik qabiliyyət və ünsiyyət bacarıqları
- Məqsədyönlü, məsuliyyətli, düzgünlük və dəqiqlik
- Excel bilikləri yüksək səviyyədə olmalıdır; Phyton və SQL bilikləri üstünlükdür
Maraqlı olan namizədlər öz CV-lərini [email protected] ünvanına “Loyallıq Proqramlarında Data Təhlili Üzrə Mütəxəssis” başlığı altında göndərə bilərlər. Son müraciyət tarixi 13 oktyabr 2024 il.
What's Your Reaction?