Buta Farm vakansiya: Əmlak məsələləri üzrə mütəxəssis.
Buta Farm MMC Xaçmazda yerləşən ofisi üçün Əmlak Məsələləri üzrə Mütəxəssis axtarır. Əmlak sahəsində təcrübəniz varsa və komandada işləmə bacarığınız yüksəkdirsə, bu vakansiya sizin üçün ideal seçim ola bilər.
Vəzifələr:
- Həftəlik plan əsasında yeni məkanın axtarışını təmin etmək və seçilmiş sahəyə uyğun seçimlər aparmaq.
- Əmlak sahibləri ilə danışıqlar aparmaq: qiymət, kvadrat metr, müqavilə şərtləri və məsuliyyətlər barədə müzakirələr aparmaq.
- Rəhbər heyətə ilkin seçimlə bağlı təqdimatlar etmək.
- Sənədləri düzgün şəkildə yoxlamaq və təqdim etmək.
- Trafik hesablamalarını aparmaq.
- Qiymətləndirmə şablonlarını tamamlamaq və yerin təslim prosesi üçün hazırlıq işləri görmək.
- Faylların yedəklənməsi və məlumatların yenilənməsi.
- Komanda ilə həftəlik KPI nəticələrinin araşdırılması və uyğun tədbirlərin görülməsi.
- Bazar məlumatlarını mütəmadi olaraq yeniləmək.
- Təqdimat və digər vəzifələrə uyğun olaraq təşkilati işlərdə iştirak etmək.
Tələblər:
- Ali təhsil.
- Müvafiq sahə üzrə azı 1-2 il iş təcrübəsi.
- MS Office proqramlarında mükəmməl işləmə bacarığı.
- Rus və ya İngilis dillərini bilməsi arzu olunur.
- Şəxsi avtomobil və aktiv sürücülük vəsiqəsi.
- Danışıqlar aparmaq və şəxslərarası münasibət qurmaq üzrə mükəmməl bacarıqlar.
- Təqdimat bacarıqları.
- Məsuliyyətli, diqqətli, ünsiyyətcil və çalışqan olmaq.
- Komandada işləmə bacarığı.
Son müraciət tarixi: 9 Dekabr, 2024
Vakansiya növü: Tam ştat
Şəhər: Xaçmaz, Azərbaycan
What's Your Reaction?