AQA Şirkətlər Qrupu vakansiya: Satıcı-xəzinədar (Əhmədli filialı).

AQA Şirkətlər Qrupu, Əhmədli filialında Satıcı-Xəzinədar vakansiyasını elan edir.Müvafiq sahədə 1 il iş təcrübəsi olan, ofis proqramları və kassa proqramlarından istifadə bacarığına malik şəxslər müraciət edə bilərlər.

Sep 7, 2024 - 12:07
Sep 7, 2024 - 12:09
 0
AQA Şirkətlər Qrupu vakansiya: Satıcı-xəzinədar (Əhmədli filialı).
AQA Şirkətlər Qrupu vakansiya: Satıcı-xəzinədar (Əhmədli filialı).

Vəzifə Öhdəlikləri

  • Şirkətin prosedurlarına, qaydalarına və təşkilati strukturuna uyğun fəaliyyət göstərmək.
  • Korporativ geyim, yazışma, davranış və ünsiyyət qaydalarına riayət etmək; şəxsi təmizliyə və xarici görünüşə diqqət yetirmək.
  • İşçi iclaslarında və təlimlərdə iştirak edərək fərdi və professional biliklərin artırılması.
  • Müştərilərlə dostcasına və pozitiv ünsiyyət qurmaq, nümunəvi davranış göstərmək.
  • Müştəriləri təbəssümlə qarşılamaq, onların ehtiyaclarını öyrənmək və brendin korporativ imicinə uyğun xidmət göstərmək.
  • Müştərilərə məhsulları yoxlamağa təşviq etmək və əlavə satış üçün əlverişli kombinasiya təklif etmək.
  • Müştərilərə kolleksiyalar, məhsullar, ödəniş metodları və xüsusi təkliflər barədə məlumat vermək.
  • Mağazadakı iş həcmindən asılı olaraq müştərilərə xidmət göstərmək.
  • Kassaya gələn müştəriləri təbəssümlə qarşılamaq, ödəniş alternativlərini təqdim etmək və satış əməliyyatını həyata keçirmək.
  • Kassa proqram təminatının özünə aid olan istifadəçi şifrəsi və parolunun məxfiliyini qorumaq, yalnız öz şifrəsi ilə kassa əməliyyatlarını aparmaq.
  • Kassa üçün gələn məhsullardan həyəcan siqnallarını çıxarmaq, ödəniş prosedurunu icra etmək, məhsulu bükmək və müştəriyə xidmət bitirmək.
  • Kampaniyalarla tanış olmaq və müştərilərə məlumatları dolğun və dəqiq çatdırmaq.
  • Müştəri sıxlığı artdıqda, mağaza müdirini məlumatlandırmaq və təcili prosedurlar görmək.
  • Mağazanın musiqi səsləndirmələri ilə bağlı korporativ standartlara əməl etmək.
  • Telefon zənglərinə cavab vermək və müştəriləri məlumatlandırmaq.

Tələblər

  • Orta və ya ali təhsil.
  • Müvafiq sahədə 1 il iş təcrübəsi.
  • Ofis proqramları ilə işləmə bacarığı.
  • Kassa proqramları və POS qurğularından istifadə bacarığı.
  • Xarici dil biliyi arzuolunandır.
  • Satış sahəsində biliklər.
  • Komanda ilə işləmək bacarığı.

Əmək Haqqı

  • 530 AZN net + bonuslar.

 Satıcı-xəzinədar (Əhmədli filialı) akansiyası ilə maraqlananlar CV-lərini AQA Şirkətlər Qrupuna  göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow