Avtolüks Azərbaycan vakansiya: Özəlliklər və sifariş planlama üzrə mütəxəssis.
Özəlliklər və sifariş planlama üzrə mütəxəssis vakansiyası üçün müraciət edin! Avtolüks Azərbaycan MMC, avtomobil sifarişləri və müştəri məmnuniyyəti sahəsində peşəkar axtarır.
Təsvir
Özəlliklər və sifariş planlama üzrə mütəxəssis vəzifəsində siz aşağıdakı vəzifələri yerinə yetirəcəksiniz:
- Sifariş olunan avtomobillərin standartlardan əlavə sorğu edilmiş opsiyalarla bağlı qiymətlərin formalaşdırılmasını təmin etmək.
- Avtomobillərin sifariş planına uyğun olaraq aylıq sifarişləri həyata keçirmək və istehsalçının sifariş proqramına (Vista) bütün zəruri məlumatları daxil etmək.
- Müştərinin sifariş etmək istədiyi avtomobil üzrə istəklərini nəzərə alaraq satış qiymətinin hesablanmasını təmin etmək.
- Bazarın və Cəmiyyətin satış şöbəsi tərəfindən satılacaq avtomobillərə ehtiyaclarını müəyyən edərək istehsalçıdan müvafiq avtomobillərin sifarişini həyata keçirmək.
- Satışın artırılması məqsədilə satış şöbəsini aidiyyəti məlumatlarla təmin etmək, buraya sifariş sistemində dəyişilən, əlavə edilən və istehsalçılar tərəfindən göndərilən tələblər və məlumatlar daxildir.
- Sifarişi həyata keçirtmək üçün istehsalçılarla elektron məktub, telefon və internet vasitəsilə əlaqə yaratmaq.
- Sifariş verilən avtomobillərə aid sənədləri əldə etmək, avtomobilin spesifikasiyalarını, invoys dəyərini yoxlayaraq satış qiymətini hazırlamaq və aidiyyəti satış şöbələrinə təqdim etmək.
- Aylıq sifarişləri və satış şöbəsi tərəfindən göndərilən sifarişləri istehsalçıların və Cəmiyyətin müvafiq proqram təminatına daxil edilməsini təmin etmək.
- Cəmiyyətin təmsil etdiyi brendlərin tələblərə uyğunluğunu yoxlamaq və təsdiq edilmiş prosedurlara uyğun audit işini təşkil etmək.
Tələblər
- 3 il müvafiq sahədə iş təcrübəsi.
- Ali təhsil.
- Əla səviyyədə İngilis dili biliyi.
- 1C və MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmə bacarığı.
Vakansiya haqqında
Son tarix: Oktyabr 30, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
İmtiyazlar: Ödənişli məzuniyyət, tibbi sığorta (işçini əhatə edən).
What's Your Reaction?