Code Academy vakansiya: Proqram Məsləhətçisi axtarılır.
Proqram Məsləhətçisi vakansiyası Code Academy-də açıqdır. İT təhsili sahəsində peşəkar inkişaf etmək və tələbələrə dəstək olmaq istəyirsinizsə, müraciət edin!
Əsas Vəzifə Öhdəlikləri
- Tələbə olmaq istəyən namizədlərlə və onların valideynləri ilə görüşlər keçirmək.
- Namizədlərin təhsil ehtiyaclarını analiz edərək onları uyğun tədris proqramlarına cəlb etmək.
- Namizədləri Akademiyada tədris şərtləri ilə tanış etmək.
- Tədrisə qeydiyyat prosesini icra etmək.
- Müqavilələr və xitamlarla bağlı gündəlik və aylıq hesabatlar hazırlayıb təqdim etmək.
Tələblər
Təhsil & Təcrübə:
- Beynəlxalq münasibətlər, Marketinq, Psixologiya və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
- Satış sahəsində ən azı 3 il iş təcrübəsi.
- Seminar, vebinar, workshop və digər sosial tədbirlərin təşkilatçılığı ilə bağlı təcrübə.
Texniki Biliklər:
- Sahə üzrə nəzəri və praktiki biliklərə sahib olmaq.
- Rəqəmsal alətlərdən səlis istifadə bacarığı.
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; Rus, Türk və İngilis dillərində işgüzar ünsiyyət qabiliyyəti.
Bacarıq və Səriştələr:
- Yüksək səviyyədə təqdimat və ünsiyyət bacarığı.
- Müştəri yönümlü yanaşma.
- Fikir mübadiləsi zamanı inandırma bacarığı.
- Emosional zəka və özünü dərk etmə.
- Motivasiya etmə bacarığı.
Peşəkar Keyfiyyətlər və Dəyərlər:
- Yeni ideyalar irəli sürmək və innovativ həllər təklif etmək.
- İşlərin icrasında yüksək dəqiqlik və şəffaflıq nümayiş etdirmək.
- Həvəslə və peşəkarlıqla işə yanaşmaq.
- Məxfi məlumatların qorunmasını təmin etmək.
Son Tarix
Noyabr 12, 2024
What's Your Reaction?