ELİT OPTIMAL vakansiya: Anbardar (Şüvəlan filialı).
ELİT OPTIMAL şirkəti, Şüvəlan filialı üçün Anbardar vakansiyası üzrə məsuliyyətli, çevik və ünsiyyətcil işçi axtarır. Elektronika və məişət avadanlıqları sahəsində 1 illik təcrübəyə malik namizədlər dəvət olunur.
Vəzifələr:
- Anbarda saxlanılan avadanlıqlara cavabdeh olmaq.
- Avadanlıqların və mal-material qiymətlilərinin anbara yerləşdirilməsini təmin etmək.
- Yükləmə, boşaltma və anbar daxilində yüklərin düzgün yerləşdirilməsini həyata keçirmək.
- Mağazada yükləmə zamanı avadanlıqların tamlığına və keyfiyyətinə nəzarət etmək.
- Anbarda yanğına qarşı ləvazimatların mövcudluğunu təmin etmək və avadanlıqların, inventarın vəziyyətini yoxlamaq.
Tələblər:
- Təhsil: Ali və ya orta.
- Elektronika və məişət avadanlıqlarının satışı sahəsində ən azı 1 il təcrübə.
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq.
Biz Sizə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə.
- Həftədə 6 iş günü, 1 gün istirahət.
- Karyera yüksəlişi imkanı.
- Ödənişsiz təlimlər.
Vakansiya haqqında:
- Son tarix: Oktyabr 30, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Logistika və nəqliyyat
https://jobs.glorri.az/vacancies/elitoptimal/elitoptimal-anbardar-suvelan-filiali/apply müraciyət üçün link.
What's Your Reaction?