Emsan vakansiya: Satış Təmsilçisi axtarılır.

Satış təmsilçisi vakansiyası! Bakı və Sumqayıt şəhərlərində iş imkanları. 500 AZN əmək haqqı + bonus. Aktiv və ünsiyyətcil xanım namizədlər üçün əla fürsət.

Oct 12, 2024 - 13:02
Oct 12, 2024 - 13:07
 0
Emsan vakansiya: Satış Təmsilçisi axtarılır.
Emsan vakansiya: Satış Təmsilçisi axtarılır.

İş barədə məlumat:

  • İş rejimi: 6 günlük
  • Əmək haqqı: 500 AZN + bonus
  • Rəsmiləşdirmə: AR Əmək məcəlləsinə uyğun
  • İş yeri: Bakı və Sumqayıt

Vəzifələr:

  • Hazırki məhsul qruplarının çeşidini, təsnifatını və xarakteristikasını öyrənmək.
  • Müştərilərin tələblərini öyrənmək, məhsulları təklif etmək və nümayiş etdirmək.
  • Müştərilərə məhsulun keyfiyyəti, təyinatı və xüsusiyyətləri barədə ətraflı məlumat vermək.
  • Satışla bağlı qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında müştəriyə məlumat vermək.
  • Müştərinin tələbatına uyğun olaraq düzgün seçim etməyə kömək etmək.
  • Mağaza administratorunun tapşırıqlarını vaxtında yerinə yetirmək.

Namizədə tələblər:

  • Cins: Xanım namizəd
  • Yaş: 25 – 35 yaş arası
  • Təhsil: Orta
  • Dil bilikləri: Azərbaycan dilini səlis bilməlidir; rus və ingilis dili arzu olunandır.
  • İş təcrübəsi: Satış sahəsində azı 1 il.
  • Şəxsiyyət xüsusiyyətləri: Aktiv, çevik, ünsiyyətcil; satış qabiliyyəti; dəqiq və məsuliyyətli olmalıdır; yüksək danışıq qabiliyyəti.

Müraciət: İşgüzar və hədəf yönümlü, problemləri həll etmə bacarığı olan namizədlərdən xahiş olunur ki, "Satış Təmsilçisi" mövzusunu qeyd edərək şəkilli CV-lərinizi hr@emsan.com.az elektron ünvanına göndərsin.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow