Active İT Solutions vakansiya: Satınalma və Təchizat üzrə mütəxəssis.
Satınalma və təchizat üzrə mütəxəssis vakansiyası Bakı şəhərində.Satınalma, təchizat, iş imkanları, mütəxəssis, kariyera yüksəlişi. Müraciət üçün CV göndərin!
İş barədə məlumat:
- Satınalma prosesinin vaxtında, satınalma planına və qanunvericiliyə uyğun olaraq icra edilməsi.
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması).
- Bazarın təhlili, tələb olunan materialların daxili bazarda araşdırılması, texniki məlumat və qiymət araşdırılmasının aparılması, təchizatçı bazasının hazırlanması və təhlili.
- Tədarükçülərlə müqavilələrin bağlanması.
- Malların gətirilməsi və anbara təhvil verilməsi üçün tələb olunan bütün işlərin görülməsi.
- Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması.
- Ödəniş sorğuları və ödənişlərə nəzarətin həyata keçirilməsi.
- Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması.
Namizədə tələblər:
- Ali təhsilli (texniki ali təhsilli olan namizədlərə üstünlük verilir).
- Səlis azərbaycan dili (rus dili və ingilis dili bilən namizədlərə üstünlük verilir).
- MS Office proqramlarından sərbəst istifadə bacarığı.
- 1C 8.3 kompleks proqramlaşdırma tətbiqi.
- İT, texnologiyalar haqqında məlumatlara sahib olmaq.
- İşgüzar ünsiyyət etikası.
- Çalışqan, ünsiyyətcil, problemləri həll etmə bacarıqlarına malik olmaq.
- Komandada işləmək bacarığı.
Biz təklif edirik:
- Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti.
- Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək.
- Peşəkar və karyera yüksəlişi üçün imkanlar.
- Rəqabətli əmək haqqı və müavinətlər paketi.
- Yeni ideya və yanaşmalara açıq mühit.
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini elektron ünvanına [email protected] "Subject/Mövzu" hissəsində “Satınalma və təchizat üzrə mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.
What's Your Reaction?