Expressbank vakansiya: İnformasiya Təhlükəsizliyi üzrə "İdarəetmə, Risk və Komplayns" böyük mütəxəssis.
Expressbank ASC informasiya təhlükəsizliyi üzrə "İdarəetmə, Risk və Komplayns" böyük mütəxəssis vakansiyası elan edir. İnformasiya təhlükəsizliyi sahəsindəki bacarıqlarınızı inkişaf etdirin və komanda ilə birgə işləyin. Ali təhsil və 2 illik iş təcrübəsi olan namizədləri gözləyirik.
Təsvir
- İnformasiya təhlükəsizliyi istiqamətində siyasət, prosedurların və standartların tərtib edilməsi.
- Sənədlərin aktuallığının daimi nəzarətdə saxlanılması.
- Uyğunluğun pozulması hallarının aşkar edilib araşdırılması.
- İT risklərinin qiymətləndirilməsi istiqamətində əməliyyatların həyata keçirilməsi.
- Mövcud siyasət, prosedur və standartların tətbiq edilməsinə nəzarət.
- İnformasiya təhlükəsizliyi üzrə müəssisədaxili normativ sənədlərin hazırlanmasında iştirak.
- Bank üzrə İT və informasiya təhlükəsizliyi risklərinin idarə edilməsi və inkişaf etdirilməsi.
- İnformasiya təhlükəsizliyi üzrə requlyator tələblərinin və beynəlxalq təcrübələrin tətbiq olunması.
- İT və informasiya təhlükəsizliyi sahəsində uyğunsuzluqların müəyyən edilməsi üçün yoxlamaların həyata keçirilməsi.
- Sahə üzrə inkişaf planı və strategiyaların hazırlanması üçün təkliflərin verilməsi.
- İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün nəzarət mexanizmlərinin qurulması.
- Audit zamanı koordinasiyalı işin təşkili.
Tələblər
- İnformasiya texnologiyaları və ya informasiya təhlükəsizliyi sahəsində ali təhsil.
- İnformasiya təhlükəsizliyi sahəsində ən azı 2 il iş təcrübəsi.
- İngilis dili upper-intermediate səviyyəsində.
- İT sistem və şəbəkə üzrə anlayış.
- ISO 27001, NIST, COBIT, ITIL kimi standartlar haqqında praktiki biliklərin olması.
- CISSP, CISA, CISM, ISO 27001, CRISC kimi sertifikatları olanlara üstünlük verilir.
- Nəzarət etmək, qərar vermək və nəticəyə yönəlmək bacarıqları.
- Təhlil bacarıqları, məsuliyyətli təşəbbüskarlıq, təşkilatçılıq qabiliyyəti, dəqiqlik.
Vakansiya Haqqında
- Son tarix: Noyabr 29, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
İmtiyazlar
Bizim üstünlüklərimiz: tibbi sığorta; bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər; professional və maddi inkişaf perspektivləri; peşəkar korporativ mühitdə işləmək imkanı.
What's Your Reaction?