Expressbank vakansiya: Biznes satış üzrə mütəxəssis/aparıcı mütəxəssis/böyük mütəxəssis (KOB kreditləri).
Expressbank ASC Bakı şəhərində Biznes Satış üzrə Mütəxəssis/Aparıcı Mütəxəssis/Böyük Mütəxəssis vakansiyası təklif edir. İmtiyazlar arasında tibbi sığorta, təlimlər və inkişaf perspektivləri mövcuddur.
Əsas vəzifələr:
- KOB müştərilərin Banka cəlbini və məhsul satışını həyata keçirmək;
- Potensial müştərilərlə görüşlərin və danışıqların nəticələrini gündəlik olaraq məlumat bazasında qeyd etmək;
- Biznes məhsullar üzrə sifarişlərin qəbulunu və müvafiq sənədlərin toplanmasını təmin etmək;
- Müvafiq limit çərçivəsində sifarişlərin təhlilini həyata keçirmək;
- Müştərilərin öhdəliklərinin vaxtında yerinə yetirilməsini təmin etmək;
- Mövcud müştəri portfelinə gündəlik nəzarət etmək;
- Aylıq satış planlarını yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 6 ay iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti; rus/ingilis dili bilmək arzuolunandır;
- Ünsiyyət qurma və komandada işləmək bacarıqları.
Vakansiya haqqında:
- Son müraciət tarixi: Sentyabr 29, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
- İmtiyazlar: Tibbi sığorta, bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər, professional və maddi inkişaf perspektivləri, peşəkar korporativ mühitdə işləmək imkanı.
Biznes satış üzrə mütəxəssis/aparıcı mütəxəssis/böyük mütəxəssis (KOB kreditləri) vakansiyası ilə maraqlananlar CV-lərini ExpressBank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 sentyabr 2024 il.
What's Your Reaction?