Expressbank vakansiya: Data analitika üzrə mütəxəssis/aparıcı mütəxəssis (Reklam və marketinq şöbəsi).
Data analitika üzrə mütəxəssis və ya aparıcı mütəxəssis vəzifəsinə Expressbank ASC-də vakansiya. Məlumatların analizi və vizuallaşdırılması sahəsində təcrübənizi inkişaf etdirin.
Vəzifə öhdəlikləri:
- Məlumatları analitik vasitələrdən istifadə edərək əldə etmək, analiz etmək və vizuallaşdırmaq;
- Məhsul və xidmət portfelinin təkmilləşdirilməsi üçün data analitika əsasında proqnoz və təkliflər vermək;
- Kampaniya nəticələrinin izlənilməsi və qiymətləndirilməsi üzrə müvafiq hesabatların hazırlanması;
- Bankın biznes yönümlü departamentləri ilə birgə fəaliyyət göstərmək;
- Analitik nəticələri qeyri-texniki dildə təqdim etmək.
Namizədə olan tələblər:
- Əlaqəli sahə üzrə ali təhsil (İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və ya digər);
- Data analitika, məlumatların təhlili və işlənməsi üzrə əsas biliklər;
- Data analitika üzrə minimum 1 il iş təcrübəsi;
- Vizuallaşdırma alətlərindən istifadə təcrübəsi (Tableau, QlikView, PowerBI);
- Excel bilikləri;
- SQL kodlaşdırma dilləri üzrə əsas bacarıqlar;
- Python və ya R kimi məlumatların təhlili və hesabatında geniş istifadə olunan proqramlaşdırma üzrə biliklər.
İş şəraiti və üstünlüklər:
- Tibbi sığorta;
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı.
Son müraciət tarixi: 1 noyabr 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Data analitika üzrə mütəxəssis/aparıcı mütəxəssis (Reklam və marketinq şöbəsi) vakansiyası ilə maraqlananlar CV-lərini ExpressBank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 1 noyabr 2024 il.
What's Your Reaction?