Azərbaycan Dəmir Yolları vakansiya: Avtomobil sürücüsü axtarılır.
"Azərbaycan Dəmir Yolları" avtomobil sürücüsü vakansiyası ilə bağlı axtarış edənlər üçün açar sözlər: sürücülük vakansiyası, Bakı sürücü işi, nəqliyyat işçisi, avtomobil sürücüsü, nəqliyyat və logistika üzrə iş, tam ştat iş.
Azərbaycan Dəmir Yolları - Avtomobil sürücüsü
Şəhər: Bakı, Azərbaycan
İş növü: Tam ştat
Müraciət üçün son tarix: 10 Oktyabr 2024
Vəzifə öhdəlikləri:
- Müvafiq sürücülük vəsiqəsi və sertifikata uyğun olaraq xüsusi texnika və avtomobilləri idarə etmək;
- Nəqliyyat vasitəsini daim saz vəziyyətdə saxlamaq, hər hansı nasazlıq yarandıqda dərhal rəhbərliyə məlumat vermək;
- Avtomobili yanacaq, sürtgü materialları və soyuducu mayelərlə təmin etmək;
- Avtomobilin texniki vəziyyətini yoxlamaq və xəttə çıxmazdan əvvəl təhvil almaq, avtodəsərrüfata qayıtdıqda isə maşını təhvil verərək ayrılmış yerə yerləşdirmək;
- Yüklərin yüklənməsi və boşaldılması zamanı nəqliyyat vasitəsini yük altına vermək, yükün kuzovda düzgün şəkildə yerləşdirilməsinə və bağlanmasına nəzarət etmək;
- Xırda texniki nasazlıqları, mexanizmin sökülməsini tələb etməyən hallarda aradan qaldırmaq;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
Tələblər:
- Təhsil: Ümumi təhsil;
- Sürücülük vəsiqəsi;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Avtomobillərin quruluşu və texniki xidmət qaydalarına dair biliklər;
- Hərəkət təhlükəsizliyinin əsasları haqqında biliklər;
- Avtomobilin istismarı prosesində yaranan nasazlıqların əlamətləri, səbəbləri və onların təhlükəli nəticələrinin aradan qaldırılması üsulları;
- Akkumulyator batareyalarının və avtoşinlərin istismarı qaydalarına dair biliklər;
- Diqqətlilik və peşəkar ehtiyatlılıq.
Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "Avtomobil sürücüsü" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 10 oktyabr 2024.
What's Your Reaction?