Expressbank vakansiya: İnformasiya təhlükəsizliyi şöbəsi/ baş mütəxəssis.

Expressbank ASC, Bakı şəhərində İnformasiya Təhlükəsizliyi Şöbəsində Baş Mütəxəssis (SOC Analyst T2) vakansiyası elan edir. Kibertəhlükəsizlik sahəsində təcrübənizi göstərmək və peşəkar inkişaf imkanlarından faydalanmaq üçün müraciət edin.

Sep 13, 2024 - 11:30
Sep 13, 2024 - 11:33
 0
Expressbank vakansiya: İnformasiya təhlükəsizliyi şöbəsi/ baş mütəxəssis.
Expressbank vakansiya: İnformasiya təhlükəsizliyi şöbəsi/ baş mütəxəssis.

Bu vəzifə çərçivəsində aşağıdakı vəzifələri yerinə yetirməlisiniz:

  • Kibertəhlükəsizlik insident və təhdidlərinin araşdırılması.
  • Insidentlərin aşkar edilməsi və qarşısının alınması.
  • Fərqli mənbələrdən gələn məlumatların analiz edilməsi.
  • L1 mütəxəssislərin aşkarladığı şübhəli hadisələrin təhlili və araşdırılması.
  • Təhlükəsizlik əməliyyatları mərkəzində istifadə edilən informasiya təhlükəsizliyi alətlərinin effektivliyinin artırılması (“policy tuning”, “rule tuning”, “correlation”, “normalization” və s.).
  • SIEM, Firewall, EDR/XDR, WAF, SOAR və digər alətlər vasitəsilə informasiya təhlükəsizliyi təşkilinə nəzarət.
  • Kibertəhlükəsizlik insidentləri üçün “playbook” və “runbook”ların yazılması və təkmilləşdirilməsi.
  • CTİ məlumatlarının araşdırılması və yeni təhdidlərə qarşı tədbirlərin planlaşdırılması.
  • Təhdidlərin və hadisələrin, həmçinin konfiqurasiya səhvləri və boşluqların araşdırılması, sənədləşdirilməsi və hesabatların hazırlanması.

Tələblər

  • Ali Təhsil (İnformasiya Texnologiyaları, İnformasiya/Kiber Təhlükəsizlik, Tətbiqi Riyaziyyat, Kibernetika, Kompüter Elmləri), magistr dərəcəsinə üstünlük veriləcək.
  • İnformasiya təhlükəsizliyi sistemləri ilə iş təcrübəsi (SIEM, XDR, WAF, DLP, Firewall).
  • Şəbəkə, ƏS, tətbiqlər və verilənlər bazalarının təhlükəsizlik prinsipləri, protokollar və texnologiyalar üzrə biliklər.
  • İnfrastruktur servislərinin (AD, DNS, DHCP, virtualizasiya və s.) iş prinsipləri və təhlükəsizliyi üzrə biliklər.
  • Logların idarə edilməsi, təhlili və təhlükəsizlik insidentlərinin nəzərdən keçirilməsi təcrübəsi.
  • SIEM həlləri ilə təcrübə.
  • “YARA” və “SIGMA” qaydalarının yazılma təcrübəsi arzuolunandır.
  • Şəbəkə protokolları və cihazları haqqında güclü bilik və anlayış.
  • Bash, Python, Go, Powershell və s. kimi dillərdən istifadə edərək avtomatlaşdırılmış test üsulları üçün skriptlərin yazılması.
  • Analitik düşüncəyə sahib olma.
  • Informasiya təhlükəsizliyi sahəsində minimum 3 il təcrübə.
  • CEH, CRTO, CySa+, Comptia Security+, eCHTP və ya buna bənzər sertifikatlar üstünlükdür.

İmtiyazlar

Bizim üstünlüklərimiz:

  • Tibbi sığorta;
  • Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
  • Professional və maddi inkişaf perspektivləri;
  • Peşəkar korporativ mühitdə işləmək imkanı.

İnformasiya təhlükəsizliyi şöbəsi/ baş mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini ExpressBank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 12 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow