Bank Respublika vakansiya: Mobil və Web tətbiqlər üzrə tester.

Bank Respublika ASC mobil və web tətbiqlər üzrə tester vakansiyası təqdim edir. Ali təhsil və 1 il iş təcrübəsi olan namizədlər müraciət edə bilər.

Sep 13, 2024 - 11:34
Sep 13, 2024 - 11:36
 0
Bank Respublika vakansiya: Mobil və Web tətbiqlər üzrə tester.
Bank Respublika vakansiya: Mobil və Web tətbiqlər üzrə tester.

Vəzifə Öhdəlikləri

  • Mövcud tətbiqlərin funksional testləşdirilməsi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
  • Tətbiqlərin daxili biznes məntiqinin inkişaf etdirilməsi;
  • Tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
  • Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması.

Tələblər

  • Ali təhsil;
  • Mobil və ya web tətbiqlərin testləşməsi üzrə minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
  • API baza bilikləri arzuolunandır;
  • Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
  • Məlumatlar əsasında təhlil etmək və düzgün qərar vermək bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Mobil və Web tətbiqlər üzrə tester vakansiyası ilə maraqlananlar CV-lərini Bank Respublikaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 2 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow