Expressbank vakansiya: Korporativ katib axtarılır.
Expressbank ASC, korporativ katib vəzifəsi üçün namizəd axtarır. Maliyyə və idarəetmə sahəsində mütəxəssis olmaq istəyənlər üçün ideal imkan.
Vəzifələr:
- Bankın səhmdarlarının ümumi yığıncağının, Müşahidə Şurasının və onun komitələrinin iclaslarının çağırılması və keçirilməsini təmin etmək;
- Bankın səhmdarlarının ümumi yığıncağının, Müşahidə Şurasının və onun komitələrinin iclaslarının planlama prosesini təmin etmək;
- Müşahidə Şurasının və onun komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasında dəstək göstərmək;
- Müşahidə Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin etmək;
- Müşahidə Şurası üzvlərinin bilik və bacarıqlarının artırılması üçün onları lazımi resurslarla təmin etmək, o cümlədən təlimlərin təşkilində və peşəkar inkişafına dəstək göstərmək;
- Bankın korporativ idarəetməsinin bankın məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirmək və bankın korporativ idarəetmə strukturunun gücləndirməsi üçün zəruri tədbirlər müəyyən etmək;
- Müşahidə Şurası üzvlərinin vəzifə öhdəliklərini effektiv icra etməsi üçün müstəqil kənar ekspert xidmətinə çıxışı təmin etmək.
Tələblər:
- Ali təhsil (hüquq, iqtisadiyyat və ya idarəetmə);
- Maliyyə bazarları sahəsində azı 3 (üç) illik iş təcrübəsi;
- Yüksək səviyyədə yazılı və şifahi Azərbaycan dili biliyi; Rus və İngilis dili biliyi arzuolunandır;
- Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) proqramlarında işləmək bacarığı;
- Güclü təşkilatçılıq və idarəetmə bacarığı;
- Qərar vermə, planlaşdırma və təşkil etmə bacarığı.
Vakansiya haqqında:
- Son tarix: Noyabr 4, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
Korporativ katib vakansiyası ilə maraqlananlar CV-lərini ExpressBank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 4 noyabr 2024 il.
What's Your Reaction?