Siesco vakansiya: Biznes analitik junior axtarılır.
SIESCO MMC, mühasibat uçotunun avtomatlaşdırılması sahəsində Biznes Analitik Junior vakansiyası üçün mütəxəssis axtarır. Yaxşı Excel bilikləri, 1C proqramında təcrübə və rus dili biliyi tələb olunur. Karyera imkanı ilə dolu dinamik bir mühitdə işləmək üçün müraciət edin!
Biz, öyrənməyə açıq, pozitiv və yaradıcı yanaşma ilə işə yanaşan şəxslər axtarırıq. Biz uğurlu karyera qurmaq və peşəkar inkişaf imkanı təqdim edirik.
Tələblər:
- Excel bilikləri: Yaxşı səviyyədə
- İlkin iqtisadi biliklər
- 1C proqramında işləmək bacarığı
- Yaş: 20-30 arası
- Dil bilikləri: Rus dilini bilmək vacibdir
İş barədə məlumat:
- 1C proqramı üzrə müştəridən gələn tapşırıqların toplanması və proqrammistə ötürülməsi;
- Müxtəlif məlumatların 1C proqramına daxil edilməsi;
- Alınmış tapşırıqların təhlil edilməsi və müştəri konsultasiyası;
- Müştəriyə onlayn və ya əyani təlimlərin keçirilməsi;
- Alınmış tapşırıqların texniki tapşırıq formasına salınması;
İş saatları:
- Bazar ertəsi - Cümə: 10:00 - 19:00
- Şənbə: 11:00 - 18:00
Əmək haqqı: 550-1100₼ aralığında, biliklərdən asılı olaraq dəyişir.
Son müraciət tarixi: Dekabr 30, 2024
Biznes analitik junior vakansiyası ilə maraqlananlar CV-lərini Siesco-ya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 dekabr 2024 il.
What's Your Reaction?