FANTASIA TRAVEL vakansiya: Tur meneceri axtarılır.
Fantasia Travel MMC, "tur meneceri" vakansiyası üçün müraciət edənlərə aydın turların hazırlanmasında iştirak etmə imkanı təqdim edir.
İş barədə məlumat:
- Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
- Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması
- Otellərin bronlaşdırılması
- Mövsimə və tələbə uyğun turların hazırlanması və reklam bölməsinə ötürülməsi
- Müxtəlif ölkələrə fərdi turların hazırlanması
- Aviabilet və otellərin bronlaşdırılması
İş saatları:
- Həftə içi: 10:00-dan - 19:00-dək
- Şənbə: 10:00-dan - 16:00-dək
- İstirahət günü: Bazar günü
Namizədə tələblər:
- Azərbaycan dilində səlis və işgüzar danışıq qabiliyyəti
- Rus dili biliyi (ingilis dili arzu olunandır)
- Komputerdə işləmək bacarığı (MS Office proqramları)
- Ünsiyyətcil və satış qabiliyyəti
- Mühitə tez uyğunlaşma və komandada işləmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “Tur menecer” qeyd etməklə CV-lərini fantasia-travel@mail.ru elektron poçt ünvanına göndərmələri xahiş olunur.
What's Your Reaction?