Azərsun Holding vakansiya: Bank əməliyyatları üzrə təcrübəçi.

AZ SƏNAYE BANKI ASC-də Bank Əməliyyatları Üzrə Təcrübəçi vakansiyası açıqdır. Ali təhsil, yaxşı dil bilikləri və Microsoft Office proqramlarını bilmək tələb olunur. İmişli şəhərində yerləşən bu vakansiya, bank əməliyyatları sahəsində təcrübə qazanmaq istəyənlər üçün ideal fürsətdir.

Sep 14, 2024 - 12:34
Sep 14, 2024 - 12:36
 0
Azərsun Holding vakansiya: Bank əməliyyatları üzrə təcrübəçi.
Azərsun Holding vakansiya: Bank əməliyyatları üzrə təcrübəçi.

Tələblər:

  • Ali təhsil
  • Dil bilikləri: Azərbaycan dili – əla; Rus dili və İngilis dili – arzu olunandır
  • Microsoft Office (MS Excel, Word, PowerPoint) – yaxşı bilik
  • Məntiqi və analitik düşünmə tərzi
  • Detallara diqqət, davamlı öyrənmə və inkişaf meyilliliyi, hədəf və nəticə yönümlülük
  • Komandada işləmə bacarığı

Vəzifə Öhdəlikləri:

  • Ölkədaxili pul köçürmələri sistemləri üzrə əməliyyatları həyata keçirmək
  • Bütün əməliyyatları bank proqramı vasitəsilə icra etmək
  • Komissiyanı müştərinin hesabından bankın müvafiq gəlir hesabına silmək
  • Cəlb edilmiş hüquqi, fərdi sahibkar, fiziki şəxs hesablarını (müştəri nömrəsi), müvəqqəti və sairə hesabları bank sistemində açmaq və qanunvericilikdə göstərilən sənədləri almaq və sistemə yükləmək
  • Göstərilmiş xidmətlərə görə faizləri və komissiyaları təyinatı üzrə tutmaq
  • Hesablararası bank daxili köçürmələri bank proqramında yığmaq, sənədlərdə icra haqqında qeydlər aparmaq, imzalamaq və ştampla təsdiq etmək
  • Müştərilərin bank hesabları üzrə nağd və qeyri-nağd mədaxil və məxaric əməliyyatlarını aparmaq
  • Miqrasiya və səfirliklərə təqdim edilmək üçün məktubları hazırlamaq, komissiyaları almaq və məktubda qeyd edilən hesaba blokun qoyulmasını təmin etmək
  • Müştərilərin plastik kart sifarişlərini qəbul etmək, kredit kartları üzrə kredit xəttinin açılması üçün sifarişləri müvafiq struktur bölmələrə təqdim etmək, sifarişi sistemə daxil etmək, plastik kartların pin zərfləri müvafiq strukturdan təhvil almaq və müştərilərə təhvil vermək
  • Qeyri-nağd konvertasiya əməliyyatlarını icra etmək, müştərilər tərəfindən təqdim edilən sənədləri yoxlamaq, bank proqramına daxil etmək, əməliyyatlar üzrə bütün növ komissiyaları almaq, məzənnə və limitlərin doğru olmasına diqqət yetirmək
  • Bankın bütün məhsullarını tanımaq və müştəriləri məlumatlandırmaq
  • Məhsul və xidmətlərin tanıtımı və müştəri məmnuniyyətinin artırılması
  • Digər strukturlara göndərilən əməliyyatların icra vəziyyətini təqib etmək, sənəd və icra çatışmazlığı zamanı tədbirlər görmək
  • Müştəri müraciətlərinin qəbul edilməsi, aidiyyatı struktura yönləndirilməsi və nəticənin müştəriyə bildirilmesi
  • Müştəri hesabları və bank məhsullarından istifadəsi zamanı hüquqi sənədlərin tamlığını təmin etmək
  • Günün sənədlərini arxiv üçün yığıb hazırlamaq və əlaqədar struktur bölməsinə təhvil vermək
  • Müştərinin müraciətinə əsasən hesabdan çıxarışı təqdim etmək

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Bank əməliyyatları üzrə təcrübəçi” qeyd etməyiniz xahiş olunur.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow