Finca Bank vakansiya: Kredit Məhsulları üzrə Menecer axtarılır.

INCA Azerbaijan-da Kredit Məhsulları üzrə Menecer vakansiyası. Müştəri məmnuniyyətini artırmaq üçün namizədlər axtarılır.

Sep 20, 2024 - 12:06
Sep 20, 2024 - 12:09
 0
Finca Bank vakansiya: Kredit Məhsulları üzrə Menecer axtarılır.
Finca Bank vakansiya: Kredit Məhsulları üzrə Menecer axtarılır.

Əsas Vəzifələr:

  • Kredit məhsullarının inkişaf prosesinə rəhbərlik edərək, müştəri tələbləri və bazar trendləri ilə uyğunluğunu təmin etmək;
  • Satış, müştəri xidməti və əməliyyat komandaları ilə əməkdaşlıq edərək, kredit məhsulunu müştərilərə təqdim etmək və müştəri məmnuniyyətini artırmaq;
  • Müştəri rəylərini və bazar məlumatlarını analiz edərək, yeni kredit məhsulu ideyalarını yaratmaq;
  • Kredit məhsulunun konsepsiyasının hazırlanmasından tətbiq edilməsinə qədər bütün proseslərə nəzarət etmək;
  • Kredit məhsulunun qəbul edilə bilən risk səviyyəsinə uyğunluğunu təmin etmək üçün kredit risk funksiyası ilə işləmək;
  • Kredit satışlarını artırmaq üçün strategiyalar hazırlamaq, o cümlədən reklam kampaniyaları üçün təkliflər vermək;
  • Layihənin maraqlı tərəflərini idarə edərək, məhsul yeniləmələri və təkmilləşdirmələrini vaxtında həyata keçirmək;
  • Bazar araşdırması edərək müştərilərin ehtiyaclarını və rəqiblərin üstünlüklərini analiz etmək;
  • Kredit satışını həyata keçirən işçilərə təlimlər keçərək, məhsullar haqqında məlumatlı olmalarını təmin etmək.

Tələblər:

  • Təhsil və Təcrübə:

    • Biznes, Maliyyə, İqtisadiyyat və ya əlaqədar sahədə bakalavr dərəcəsi;
    • Maliyyə xidmətləri sahəsində kredit məhsullarının satışı və müştəri xidmətləri sahələrində 3-5 il təcrübə;
    • Kredit məhsulları ilə bağlı təşəbbüsləri idarə etmə təcrübəsi;
    • Kredit məhsulları, siyasətləri və prosedurları haqqında anlayış.
  • Dil bilikləri:

    • Azərbaycan dilini mükəmməl, ingilis dilini yüksək səviyyədə bilməsi tələb olunur.

İmtiyazlar:

  • Tibbi Sığorta (işçini əhatə edən);
  • Peşəkar inkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Həyat Yığım sığortasından istifadə etmək imkanı.

Kredit Məhsulları üzrə Menecer vakansiyası ilə maraqlananlar CV-lərini Finca Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 2 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow