Yelobank vakansiya: Fiziki şəxslərə xidmət üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis (Salyan filialı).
Yelo Bank ASC, Salyan filialında fiziki şəxslərə xidmət üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis vakansiyası. İş imkanları, bank məhsulları və müştəri xidməti sahəsində peşəkar inkişaf üçün müraciət edin.
Vəzifə öhdəlikləri:
- Bankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi;
- İstehlak, ipoteka və digər kredit məhsulları üzrə müştərilərin cəlb edilməsi və müvafiq mütəxəssis məsləhətlərinin verilməsi;
- Müştərinin ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi;
- İstehlak krediti portfelinin daimi monitorinq edilməsi;
- İstehlak kreditləri üzrə sifarişlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi, habelə kredit rəsmiləşdirilməsi üçün sənədlərin toplanması;
- Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və Kredit Komitəsinin müzakirəsinə çıxarılması üçün müvafiq səlahiyyətli şəxsə təqdim edilməsi.
Tələblər:
- Ali təhsil;
- Bank sahəsində minimum 6 ay iş təcrübəsi;
- Ünsiyyət qurmaq və satış bacarığı;
- Riyazi biliklər;
- Komandada işləmək bacarığı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Vakansiya haqqında
- Son tarix: Noyabr 5, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Elektron poçtunuzun “mövzu” yerinə “Fiziki şəxslərə xidmət üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis (Salyan filialı)” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 5 noyabr 2024 il.
What's Your Reaction?