Finca Bank vakansiya: Kredit Satışı üzrə Mütəxəssis (Şabran filialı).
Şabran filialında Kredit Satışı üzrə Mütəxəssis axtarılır. FINCA Azerbaijan ilə çalışın, müştəri ehtiyaclarını analiz edin və təşkilatın kredit məhsullarını təqdim edin.
Əsas Vəzifə Öhdəlikləri:
- Təyin olunmuş ərazi üzrə müştərilərin biznes və təsərrüfatlarına səfər edərək potensial müştərilərlə görüşmək.
- Müştəri ehtiyaclarını anlayaraq təşkilatın mövcud kredit məhsullarını və onların şərtlərini izah etmək.
- Marketinq və təqdimat məqsədilə, yeni satış imkanları əldə etmək üçün posterlər, broşuralar, flayerlər kimi materialları hədəf müştəri qruplarına yaymaq.
- Kredit təhlili və anderraytinqi üçün Mərkəzləşdirilmiş Kredit Satış qrupuna bütün zəruri sənədləri təqdim etmək.
- Müştəri cəlbi və planlaşdırılan fəaliyyətlərə dair Ərazi Menecerinə müntəzəm hesabat təqdim etmək.
Tələblər:
- Ali təhsil və ya Kollec təhsili.
- Birbaşa müştəri cəlbində iştirak etməklə, Banklarda və ya Bank olmayan kredit təşkilatları / Lizinq şirkətlərində Mikro və biznes kreditlərinin verilməsində minimum 2 il iş təcrübəsi.
- Güclü dinləmə, təqdimat, ünsiyyət və vaxt idarəetmə bacarıqları.
- Məhsul və xidmətlərin satış texnikalarına bələd olmaq.
- Müştəri ehtiyaclarını anlamaq, müxtəlif profildə olan müştərilərlə məhsuldar ünsiyyət qura bilmək və idarə etmək bacarığı.
- Microsoft Ofis proqramlarından istifadə edə bilmək bacarığı.
- Azərbaycan dilində səlis danışmaq.
- Avtomobil və sürücülük vəsiqəsinin olması mütləqdir.
İmtiyazlar:
- İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir.
- Həyat Yığım sığortasından istifadə etmək imkanı.
- Tibbi Sığorta (işçini əhatə edən).
- Yanacaq və Amortizasiya xərcləri.
- Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar.
Kredit Satışı üzrə Mütəxəssis (Şabran filialı) vakansiyası ilə maraqlananlar CV-lərini Finca Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 1 oktyabr 2024 il.
What's Your Reaction?