Finca Bank vakansiya: Problemli Kreditlər üzrə İşçi axtarılır.

FINCA Azerbaijan, problemli kreditlər üzrə işçi axtarır. Ali təhsil, müştəri xidməti təcrübəsi olan namizədlər üçün mükəmməl bir vakansiya. Gecikmiş ödənişlərin bərpası, müştərilərlə səmərəli ünsiyyət və maliyyə sahəsində kariyeranızı irəlilətmək üçün bu fürsəti qaçırmayın!

Oct 14, 2024 - 13:15
Oct 14, 2024 - 13:18
 0
Finca Bank vakansiya: Problemli Kreditlər üzrə İşçi axtarılır.
Finca Bank vakansiya: Problemli Kreditlər üzrə İşçi axtarılır.

Vəzifənin əsas öhdəlikləri:

  • Gecikmələr üzrə təlimata əsasən təyin olunmuş portfel üzrə gecikmədə olan müştərilərə telefon zəngləri edərək, geri ödənişlərin bərpasına nail olmaq.
  • Gecikmiş kreditlərin geri ödəniş ehtimalını vaxtında və düzgün qiymətləndirmək.
  • Gecikmədə olan müştərinin cari ödəniş qabiliyyətini analiz edərək, bərpa üçün alternativlər təklif etmək.
  • Gecikmələrin səbəblərini müəyyənləşdirərək, problemli müştərilərlə danışıqlar aparmaq.
  • Geri ödəniş üçün təyin olunan tarixlərin zamanlama və ardıcıllığını müəyyənləşdirmək.
  • Səmərəli danışıq üsullarını seçərək, müştəri üzrə hərəkət planını müəyyənləşdirmək.

Tələblər:

  • Təhsil: Ali (Bakalavr) istənilən sahədə.
  • İş Təcrübəsi: Bank və ya qeyri-bank sahələrdə problemli kreditlər üzrə minimum 6 ay iş təcrübəsi.
  • Müştəri xidmətləri və xidmət sahələri üzrə təlim kursu sertifikatı olanlara üstünlük verilir.
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışıq; rus və ingilis dilini bilənlərə üstünlük.

Bacarıqlar:

  • Ünsiyyət bacarığı
  • Komanda işi
  • Məsuliyyət
  • Dəqiqlik
  • Düzgünlük
  • Etibarlılıq

İş Qrafiki: Bazar Ertəsi – Cümə, saat 09:00 - 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir.

İmtiyazlar:

  • Tibbi sığorta
  • Həyat yığım sığortasından istifadə imkanı
  • Peşəkar beynəlxalq iş mühiti
  • Müasir idarəetmə sistemi
  • Əlavə 2 məzuniyyət günü

Son tarix: Oktyabr 25, 2024

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow