GERSO Travel vakansiya: Satış Meneceri axtarılır.
Bakı şəhərindəki GERSO Travel şirkətinə satış meneceri axtarılır. Fərdi turların hazırlanması, müştəri xidməti və bonus imkanları haqqında ətraflı məlumat üçün elanımızı oxuyun.
İş barədə məlumat:
- Müxtəlif istiqamətlər üzrə fərdi turların hazırlanması
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
- Otellərin bronlaşdırılması
- Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması
- Mövsümi və tələbə uyğun bazar araşdırması edib turların hazırlanması
- İşgüzar yazışmaların aparılması
- Həftəlik 5 günlük iş rejimi
- Əməkhaqqı 600-800 AZN, əlavə bonuslar
Namizədə tələblər:
- 1-3 illik təcrübə
- Rus dilində yüksək səviyyə bilik
- Kompüterdə işləmək, internetdən aktiv istifadə və sürətli axtarış bacarığı
- Səlis və işgüzar danışıq bacarığı
- Gülərüz və kollektivdə işləmə bacarığı
- Məsuliyyətli, səbrli və diqqətli olmaq
- Vaxtın idarəolunması bacarığı
- Araşdırma və aktiv əməkdaşlıq bacarığı
Uyğun namizədlərlə İnsan Resursları şöbəmiz əlaqəyə keçəcəkdir. Müraciət üçün şəkilli CV-nizi [email protected] ünvanına göndərin.
What's Your Reaction?