İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vakansiya: Büdcə və hesabatlılıq şöbəsinin baş mütəxəssisi.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Büdcə və Hesabatlılıq Şöbəsinin Baş Mütəxəssisi vakansiyası açıqdır. İFRS standartlarına uyğun maliyyə hesabatları hazırlamaq, analitik hesabatlar tərtib etmək və mühasibat yazılışlarını idarə etmək bacarığı olan mütəxəssislər müraciət edə bilər.
Əsas Məsuliyyətlər:
- Rüblük, yarımillik və illik maliyyə hesabatlarının İFRS-ə və daxili qaydalara uyğun hazırlanması;
- Hesabatların dinamik cədvəllər formasında hazırlanaraq təqdim edilməsi;
- Gəlir və xərclərə nəzarət edərək analitik hesabatların hazırlanması (artıq xərclər və itirilmiş gəlirləri müəyyən edərək);
- Kənar auditlə maliyyə departamenti arasında koordinasiyanın təşkil olunması;
- Mühasibat yazılışlarına nəzarətin təşkili və uyğunsuzluqların aradan qaldırılması;
- Müəssisənin illik büdcəsinin formalaşdırılmasına və onun realizasiyasına nəzarət edilməsi;
- Daxili hesabat sisteminin inkişaf prosesinə töhfə verilməsi və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olunması.
Tələblər:
- Ali təhsil (Maliyyə/mühasibatlıq sahəsi üzrə);
- Maliyyə hesabatlılığı üzrə ən az 3 il iş təcrübəsi;
- ACCA FR sertifikatının olması mütləqdir;
- MS Office proqramları ilə (xüsusilə Excel) səlis səviyyədə işləmək bacarığı, Power BI proqramı üzrə biliklər üstünlükdür;
- 1C mühasibat proqramında işləmək bacarığı üstünlükdür;
- Təşəbbüskarlıq və güclü analitik bacarıqlar;
- İngilis dili və rus dili biliyinin olması üstünlükdür.
Əlavə Məlumat:
- Son müraciət tarixi: Oktyabr 23, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
Büdcə və hesabatlılıq şöbəsinin baş mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 23 oktyabr 2024 il.
What's Your Reaction?