İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vakansiya: Nüvə fizikası üzrə mühəndis axtarılır.
Nüvə Fizikası üzrə Mühəndis vakansiyası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində. Detektorlar, sensorlar və radiasiya monitorinq sistemləri üzrə iş imkanları.
Təsvir:
- İxtisasına uyğun təhlillərin aparılması və tapşırıqların icrası.
- Elmi-tədqiqat işlərində alınmış nəticələrin işlənilməsi və xüsusi proqram təminatlarının köməyi ilə modelləşdirilməsi.
- Detektorlar, sensorlar və məlumatların toplanması sistemləri daxil olmaqla, radiasiya monitorinq sistemlərinin layihələndirilməsi və inkişaf etdirilməsi, onların təhlükəsizlik və tənzimləmə standartlarına cavab verməsini təmin edilməsi.
- Nüvə və radioaktiv materialların analizi və sahədə radioloji ölçmələrin aparılması, nəticələrin emalı, təhlili və hesabatların hazırlanması.
- Elmi-tədqiqat işlərinin və habelə radioloji və radioekoloji ölçmə nəticələrinin data analizi, info qrafik hazırlanması.
- İşlənilmiş ölçmə nəticələrinin rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Müvafiq sahədə bakalavr dərəcəsi.
- Azərbaycan dili səlis danışıq bacarığı (ingilis və rus dilləri arzuolunandır).
- Fiziki proseslərin modelləşdirilməsi üçün simulyasiya proqramlarını öyrənmək istəyi.
- Komandada işləmək bacarığı, çeviklik və məsuliyyətlilik.
- Nüvə fizikasının əsas anlayışlarını bilmək.
- Talys simulyasiya proqramında işləmə bacarığı.
- Root proqramlaşdırma paketində işləmə bacarığı.
Nüvə fizikası üzrə mühəndis vakansiyası ilə maraqlananlar CV-lərini İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 sentyabr 2024 il.
What's Your Reaction?