İTV vakansiya: Montaj rejissoru axtarılır.

Montaj rejissoru vakansiyası üçün müraciət edin. Ali təhsil və 5 il iş təcrübəsi tələb olunur. Televiziya və reklam layihələrində peşəkar montaj bacarığınızı göstərin!

Sep 16, 2024 - 14:38
Sep 16, 2024 - 14:41
 0
İTV vakansiya: Montaj rejissoru axtarılır.
İTV vakansiya: Montaj rejissoru axtarılır.

Vəzifə öhdəlikləri:

  • Montajın bədii və texniki keyfiyyətini təmin etmək;
  • Təqdim olunan bütün materialları yoxlamaq və dublajlarda defektləri aşkara çıxarmaq;
  • Süjetlərin gedişində montajın operativ hazırlığını təmin etmək;
  • Musiqi aksentinin sinxronlaşdırılması üçün fonoqram süjetlərində baş verən kənarlaşmalar barədə rəhbərliyə məlumat vermək;
  • Bütün səs materiallarının montajını həyata keçirmək;
  • Hazır proqramın son versiyasını nəzərdən keçirmək;
  • Mürəkkəb montaj texnikası və kompüter üzərində işləri icra etmək.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Televiziya verilişləri, reklam və sosial çarxların peşəkar montajını bacarmaq;
  • Montaj işləri üzrə təlimat və normaları bilmək;
  • Texniki vasitələr və montaj avadanlıqlarının növlərini bilmək;
  • Problem həll etmə bacarığına malik olmaq;
  • Sahə üzrə yenilikləri izləmək.

Vakansiya haqqında məlumat:

  • İş yeri: Abbas Mirzə Şərifzadə küç, 241
  • İş növü: Tam ştat
  • Son müraciət tarixi: 30 Sentyabr 2024
  • Elan tarixi: 16 Sentyabr 2024
  • Kateqoriya: Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə Əlaqələr

Montaj rejissoru vakansiyası ilə maraqlananlar CV-lərini İTV-yə göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 sentyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow