Kapital Bank vakansiya: Maliyyə menecmenti departamentinin Büdcə və analitika şöbəsinin mütəxəssisi.
Kapital Bank Maliyyə menecmenti departamentinin Büdcə və analitika şöbəsinə mütəxəssis axtarır. Maliyyə analitika, büdcə qiymətləndirmələri və strateji maliyyə modelləri ilə maraqlanan şəxslər üçün ideal iş fürsəti.
Bizimlə İşləməyin Üstünlükləri
- Multikultural Mühit: Xarici həmkarlarımızın fikirləri və təcrübələrinə dəyər veririk. Açıqlıq, inklüzivlik və müxtəlif baxış bucağının mövcudluğuna önəm veririk.
- Rəqabətli Əmək Haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım İmkanları: Peşəkar inkişaf üçün aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları.
- Çevik İş Formatı: Məsafədən və ofis işinin kombinasiyası.
- Rahat və Gözəl Ofis: Xoş və maraqlı ofis mühiti.
- Qeyri-Rəsmi Geyim: Rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Öhdəliklər
- Bankın gəlir xərc mərkəzlərinə nəzarət və hesabatlığın təmin olunması.
- Məhsullar və biznes istiqamətləri üzrə performans təhlillərinin aparılması.
- Yeni biznes istiqamətləri üzrə qiymətləndirmənin aparılması, biznes modelin tərtib olunması.
- Məlumatlar bazasından məlumatların əldə edilməsi və hesabatların hazırlanması.
- Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması.
- Müəyyən edilmiş maliyyə göstəriciləri üzrə mütəmadi olaraq bankın fəaliyyətinin təhlil edilməsi və rəhbərliyə məlumat verilməsi.
- Şöbənin funksiyasından irəli gələn digər funksiyaların icrası.
Tələblər
- İqtisadi, maliyyə və ya idarəetmə sahəsində ali təhsil.
- Sahə üzrə 1 ilədək iş təcrübəsi.
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis və rus dilləri biliyi.
- Yüksək səviyyədə MS Office (Excel mükəmməl) biliyi.
- Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər.
- Yüksək analitik qabiliyyət.
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti.
Maliyyə menecmenti departamentinin Büdcə və analitika şöbəsinin mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini Kapital Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 noyabr 2024 il.
What's Your Reaction?