Expressbank vakansiya: Java backend developer axtarılır.
Expressbank ASC Java Backend Developer (Middle) vakansiyası üzrə işçi axtarır. Java 8+, Spring Boot, REST API bilikləri və 3 ildən artıq iş təcrübəsi olan namizədlər müraciət edə bilərlər.
İş Təsviri:
- IT layihələrinin icrasında iştirak etmək;
- Yeni proqram təminatının yaradılması;
- Proqram təminatlarının işləməsinə nəzarət;
- Mövcud proqram təminatlarında texniki sorğular üzrə texniki tələblərin icrası və proseslərin optimallaşdırılması;
- Biznes sifarişlərinə uyğun olaraq mövcud mobil əlavələrin yeni tələblərə uyğunlaşdırılması.
Tələblər:
- Dil bilikləri: Azərbaycan, Rus, İngilis;
- Bu sahədə 3 ildən çox iş təcrübəsi;
- OOP nəzəriyyəsini yaxşı bilmək;
- Clean code prinsipləri üzrə məlumatlı olmaq;
- Microservice arxitekturası və REST API serverləri üzrə biliklər;
- Java 8+ proqramlaşdırma dili üzrə dərin biliklər;
- Spring Core, Spring Boot, Spring Data, Spring Web, Spring Security üzrə biliklər;
- Oracle SQL, PostgreSQL məlumat bazası bilikləri;
- Maven, Gradle build tool-larından istifadə təcrübəsi;
- CI/CD, Kubernetes, Docker, API Gateway üzrə biliklər üstünlükdür;
- GIT ilə işləmə bacarığı;
- ORM (Hibernate) bilikləri.
Vakansiya haqqında məlumat:
- Son tarix: Oktyabr 12, 2024;
- İş növü: Tam ştat;
- Kateqoriya: Elm, Texnologiya və Mühəndislik.
İmtiyazlar:
- Tibbi sığorta;
- Bilik və bacarıqların təkmilləşdirilməsi üçün təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı.
Java backend developer vakansiyası ilə maraqlananlar CV-lərini ExpressBank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 12 oktyabr 2024 il.
What's Your Reaction?