MKT İstehsalat Kommersiya: Biznes proseslərin idarə edilməsi üzrə mütəxəssis.
MKT İK MMC-də biznes proseslərin idarə edilməsi üzrə mütəxəssis vakansiyası. Bakı şəhərində tam ştat iş imkanı, müvafiq təhsil və bacarıqlara sahib namizədlər üçün peşəkar inkişaf və bərabər imkanlar.
Tələblər
- Təhsil: Sənaye mühəndisliyi, Biznesin idarə olunması, İqtisadiyyat və digər müvafiq ixtisaslar üzrə ali təhsil
- Dillər: Azərbaycan və İngilis dillərində şifahi və yazılı ünsiyyət bacarığı
- Bilik və Bacarıqlar: Biznes proseslərin idarə olunması, əməliyyat araşdırması sahələrində bilik və bacarıqlar, axış diaqramları və blok sxemlərin tərtib edilməsi bacarığı (BPMN v2.0 və UML v2.5 bilikləri üstünlükdür)
- Proqram Bilgiləri: MS Office (Word, Excel, PowerPoint) proqramlarını yüksək səviyyədə istifadə edə bilmək; MS Visio proqramından istifadə bacarığı üstünlükdür
- Şəxsi Xüsusiyyətlər: Güclü analitik düşünmə, problemləri həll etmə qabiliyyəti, dəyişiklikləri idarə edə bilmə bacarığı, qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti, yüksək səviyyədə kommunikasiya bacarıqları
Əlavə Məlumat
- Əmək haqqı: Razılaşma əsasında
- Tibbi sığorta: Şirkət tərəfindən könüllü tibbi sığorta təmin edilir
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center
Biznes proseslərin idarə edilməsi üzrə mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini MKT İstehsalat Kommersiya-ya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 9 oktyabr 2024-dür.
What's Your Reaction?