Kontakt Home vakansiya: Cinayət hüququ üzrə mütəxəssis / aparıcı mütəxəssis.
ontakt Home şirkətində Cinayət Hüququ üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis vakansiyası açıqdır. Şirkətə dəymiş zərərin ödənilməsi və hüquq mühafizə orqanları ilə əməkdaşlıq üzrə vəzifələr yerinə yetiriləcək.
İş təsviri:
Cinayət hüququ üzrə mütəxəssis və ya aparıcı mütəxəssis olaraq, siz aşağıdakı vəzifələri yerinə yetirəcəksiniz:
- İnzibati xəta və cinayət hadisələri nəticəsində şirkətə dəymiş zərərin ödənilməsi və əməli törətmiş şəxs(lər)in müəyyən edilməsi istiqamətində işlərin görülməsi;
- Aidiyyəti hüquq mühafizə orqanlarına və məhkəmələrə müraciətlərin edilməsi və belə müraciətlərin icrasının təqib edilməsi;
- Hüquq mühafizə orqanları ilə sıx prosessual əməkdaşlığın qurulması;
- Zəruri sübutların toplanması və aidiyyəti üzrə təqdim edilməsi;
- Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan inzibati hüquq xarakterli məsələlərin qanunvercilik çərçivəsində həll edilməsinə dəstək verilməsi;
- Aidiyyəti məsələlərə dair hüquqi rəylərin hazırlanması;
- Vəzifə öhdəliklərinə aid olan digər vəzifələrin icra edilməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər:
- Ali hüquq təhsili (bakalavr);
- Səlis Azərbaycan dili biliyi, xarici (rus və ya ingilis) dil biliyi üstünlükdür;
- Cinayət hüququ sahəsində minimum 3 il iş təcrübəsi;
- İnzibati xəta və cinayət hüququ sahəsində dərin nəzəri və praktiki biliklər;
- Məsuliyyətlilik, ünsiyyətçilik, inkişafa meyillilik, təşəbbüskarlılıq.
Cinayət hüququ üzrə mütəxəssis / aparıcı mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 sentyabr 2024 il.
What's Your Reaction?