Kontakt Home vakansiya: Cinayət hüququ üzrə mütəxəssis / aparıcı mütəxəssis.

Kontakt Home, cinayət hüququ üzrə mütəxəssis axtarır. Müraciət etmək üçün ali hüquq təhsili olan, cinayət hüququ sahəsində minimum 3 il iş təcrübəsi olan namizədləri dəvət edirik. Anlayışına hakim olmaq, hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq etmək üçün ideal bir imkan.

Sep 27, 2024 - 11:46
Sep 27, 2024 - 11:53
 0
Kontakt Home vakansiya: Cinayət hüququ üzrə mütəxəssis / aparıcı mütəxəssis.
Kontakt Home vakansiya: Cinayət hüququ üzrə mütəxəssis / aparıcı mütəxəssis.

Vəzifələr:

  • İnzibati xəta və cinayət hadisələri nəticəsində şirkətə dəymiş zərərin ödənilməsi və əməli törətmiş şəxslərin müəyyən edilməsi;
  • Aidiyyəti hüquq mühafizə orqanlarına və məhkəmələrə müraciətlərin edilməsi və icrasının təqibi;
  • Hüquq mühafizə orqanları ilə sıx prosessual əməkdaşlığın qurulması;
  • Zəruri sübutların toplanması və aidiyyəti üzrə təqdim edilməsi;
  • Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan inzibati hüquq xarakterli məsələlərin qanunvercilik çərçivəsində həll edilməsinə dəstək verilməsi;
  • Aidiyyəti məsələlərə dair hüquqi rəylərin hazırlanması;
  • Vəzifə öhdəliklərinə aid olan digər vəzifələrin icra edilməsi.

İş Şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Tələblər:

  • Ali hüquq təhsili (bakalavr);
  • Səlis Azərbaycan dili biliyi, xarici (rus və ya ingilis) dil biliyi üstünlükdür;
  • Cinayət hüququ sahəsində minimum 3 il iş təcrübəsi;
  • İnzibati xəta və cinayət hüququ sahəsində dərin nəzəri və praktiki biliklər;
  • Məsuliyyətlilik, ünsiyyətçilik, inkişafa meyillilik, təşəbbüskarlılıq.

Son tarix: Oktyabr 30, 2024

Əmək haqqı: 1200 - 1500 AZN

Cinayət hüququ üzrə mütəxəssis / aparıcı mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow