Kontakt Home vakansiya: Əməliyyatlar üzrə mütəxəssis (Masallı).
Əməliyyatlar üzrə mütəxəssis vakansiyası Masallıda, Kontakt Home şirkətində tam ştat iş təklifi. Sifarişlərin analizi, çatdırılma, sənədləşmə, yüklərin daşınması və digər əməliyyatlarla bağlı təcrübə tələb olunur. MS Office, Azərbaycan dili və rus dili bilikləri vacibdir. Müraciət tarixi: 29 Noyabr 2024.
Əsas vəzifələr
- Sistemdə daxil olan sifarişlərin analizi və ərazi və çatdırılma tarixləri üzrə bölgü edilməsi;
- Sifarişi müşayiət edən sənədlərin çap olunması və tamlığının yoxlanılması;
- Sürücülərin və fəhlələrin gündəlik təyinatı və çalışmalarının koordinasiyası;
- Sifarişlərin gündəlik statuslarının yoxlanması, yenilənməsi və müvafiq tədbirlərin görülməsi;
- Təhvil verilmiş və geri qaytarılmış sifarişlərin qeydiyyatının aparılması, sənədlərin arxivləşdirilməsi;
- Daşınmalara dair sənədlərin təqdim olunması, digər şöbələrdən və tərəflərdən daxil olan sorğular əsasında məlumatların hazırlanması;
- Müştərilərə yerində xidmətin göstərilməsi, sifariş olunan məhsulun təslimi və sənədlərin imzalanması;
- Daxil olan müraciətlərin, zənglərin, elektron məktubların cavablandırılması və araşdırılması;
- Ezamiyyət və məzuniyyət müraciətləri, nəqliyyat vasitələrinin sənədlərinin hazırlanması və digər idarəetmə işləri;
- Yük daşınması, müştəri ünvanından məhsul götürülməsi və müvafiq daşınma xidməti ilə əlaqəli fəaliyyətlərin icrası;
- Birbaşa rəhbərin tapşırığı ilə əməliyyatların həyata keçirilməsi, hesabatların hazırlanması.
Tələblər
- Ali (bakalavr) təhsilinin olması;
- Azərbaycan dili biliyi vacibdir, rus dili biliyi arzuolunandır;
- Müvafiq sahədə minimum 1 il təcrübə;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Çatdırılma ərazisinin yaxşı tanınması;
- Yükdaşıma və təhlükəsizlik qaydalarının bilinməsi.
Vakansiya barədə ətraflı məlumat
Vakansiya növü: Tam ştat
Son müraciət tarixi: Noyabr 29, 2024
Kateqoriya: Logistika və nəqliyyat
What's Your Reaction?