Paşa Bank vakansiya: KOS Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis.
Paşa Bank-da KOS Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis vakansiyası! Müştəri xidmətləri və sənədləşmə üzrə iş tapşırıqları. Müraciət et və Paşa Bankda karyeranı inkişaf etdir. İqtisadiyyat üzrə bakalavr və 0-1 il təcrübə tələb olunur.
İşin Məzmunu və Əsas Məsuliyyətlər:
KOS Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis olaraq işiniz əsasən aşağıdakı fəaliyyətləri əhatə edəcək:
-
Sənədlərlə İş:
- Müvafiq proqram təminatında sənədlərin qeydiyyatını aparmaq (daxil olan və göndərilən məktublar, audit sorğuları, tarif məktubları və s.).
- Kağız daşıyıcıda təqdim olunan məktubları qəbul etmək və onların qeydiyyatını aparmaq.
- Məktubların ünvana göndərilməsi üçün müvafiq prosedurları həyata keçirmək.
- Hər növ arayış və məktubların düzgün işgüzar yazışma qaydalarına uyğun hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Maliyyə arayışlarının icrası, zərurət yaranarsa onların çapı və müştəriyə təqdim edilməsi.
- Rekvizitlərin hazırlanması və təqdim olunması.
-
Əməliyyatlar və Prosedurlar:
- Daxil olan zənglərin və sorğuların əsasında bankın müxtəlif proqram təminatları vasitəsilə əməliyyatları icra etmək.
- Hər bir əməliyyatın Bankın Komplayns tələbləri ilə uyğunluğunu təmin etmək.
- Müştəri və müştəriyə aid məlumatların məxfiliyini qorumaq məqsədilə bütün lazımi prosedurları dəqiqliklə yerinə yetirmək.
- Riskli və şübhəli əməliyyatların aşkarlanması və aidiyyəti strukturlara yönləndirilməsi.
- Bankın müştərilərinə göstərilən xidmətlər üzrə sənədləşmə işlərini və hesabatları yerinə yetirmək.
- Bankın xidmət standartlarına, keyfiyyətinə və Komplayns tələblərinə uyğun fəaliyyətin təmin edilməsi.
- Bankın məhsulları və xidmətləri haqqında müvafiq məlumatları əldə etmək və bu bilikləri daima yeniləmək.
Tələblər:
- Təhsil: İqtisadiyyat və müvafiq sahə üzrə bakalavr təhsili.
- İş Təcrübəsi: Müvafiq sahə üzrə minimum 0-1 il təcrübə.
- Dil Bilikləri:
- Azərbaycan dili (yüksək səviyyə),
- Rus dili (yüksək səviyyə),
- İngilis dili (orta səviyyə).
- Kompüter Bilikləri: Microsoft Office (Excel, Word).
- Bacarıqlar:
- Hesabat hazırlama bacarığı,
- Güclü ünsiyyət bacarığı,
- Münaqişələrin həlli bacarığı,
- Innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Vakansiya Haqqında Əlavə Məlumat:
- Müraciət müddəti: 9 dekabr 2024.
- Vakansiya növü: Tam ştat.
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə.
What's Your Reaction?