Kontakt Home vakansiya: Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə inzibatçı.

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə inzibatçı vakansiyası Bakı, Azərbaycan. Əmək haqqı 800 AZN. Tam ştat iş imkanı. Ətraflı məlumat və müraciət üçün elanımıza baxın.

Nov 5, 2024 - 12:47
Nov 5, 2024 - 12:49
 0
Kontakt Home vakansiya: Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə inzibatçı.
Kontakt Home vakansiya: Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə inzibatçı.

Şəhər: Bakı, Azərbaycan
İş növü: Tam ştat
Əmək haqqı: 800 AZN
Son müraciət tarixi: 29 noyabr 2024
Vakansiya elanının yayılma tarixi: 5 noyabr 2024

Vəzifə öhdəlikləri:

  • Yeni açılan və ya bağlanan obyektlərin mühafizə olunması və ya mühafizədən çıxarılması üçün aidiyyatı orqanlara məktub vasitəsilə məlumat verilməsi.
  • Mühafizə idarəsindən gələn müqavilələrin təsdiq etdirilməsi və geri göndərilməsi.
  • SMS məlumatlandırılmasının məsul şəxslərə yönləndirilməsi və dəyişikliklərin təmin edilməsi. Bütün obyektlər üzrə göndərilən mail məlumatlandırmalarının (açılış-bağlanış vaxtları, zonalarda olan xətalar) qəbulu və nəzarət edilməsi.
  • Təhlükəsizlik kodlarının reyestrinin aparılması.
  • Təhlükəsizlik sistemlərinin quraşdırılmasının və ya sökülmüş avadanlıqların uçotunun aparılması.
  • ƏMƏT üzrə təlimatların qeydiyyatını aparılması.
  • Şirkətə məxsus obyektlərin təhlükəsizlik sənədlərinin hazırlanması, arxivləşdirilməsi və sənədlərdə aşkar edilən uyğunsuzluqlara düzəlişlərin edilməsi.
  • ƏMƏT xidməti bölməsinə ünvanlanan maillərin və ya müraciətlərin qeydiyyata alınması, bölmə rəhbərinə məruzə edilməsi və mailin cavablandırılması.
  • FHN-nin Dövlət Yanğın Nəzarəti idarəsi tərəfindən gələn sorğulara əsasən yoxlamanın aparılacağı obyektlərlə bağlı bölmə rəhbərinə məlumat verilməsi.
  • Yeni açılan mağazaların təxliyyə planlarının təsdiq edilməsi üçün FHN-nin Dövlət Yanğın Nəzarəti idarəsinə məktubla müraciət olunması.
  • Baş vermiş qəza, bədbəxt hadisə və ya digər fövqəladə halların qeydiyyatının aparılması və bölmə rəhbərinə məruzə edilməsi.

Tələblər:

  • Ali təhsil (müvafiq sahə üzrə arzu olunandır).
  • Kargüzarlıq işlərində təcrübə və bacarıq.
  • MS Office proqramlarında sərbəst iş bacarığı.
  • Əməyin mühafizəsi üzrə ilkin biliklər.
  • Məsuliyyətlilik, operativlik, diqqətlilik.

İş şəraiti:

  • İş günləri: I-V günlər.
  • Əmək haqqı: 800 AZN.

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow