Aztelekom vakansiya: Müqavilələrin idarə olunması üzrə aparıcı mütəxəssis.
Aztelekom MMC-də Müqavilələrin İdarə Olunması üzrə Aparıcı Mütəxəssis vakansiyası açıldı. Müqavilə idarəçiliyi, maddə vəsaitləri və sənəd axışı üzrə təcrübəli mütəxəssis axtarılır. İş təcrübəsi, SAP və MS Office bilikləri tələb olunur. Bakıda tam ştat iş.
Vəzifə Təsviri:
- Mal-materialların qəbulu, saxlanması və buraxılması: Əməkdaşlıq etdiyiniz anbarlar ilə birgə maddi vəsaitlərin ilkin inspektsiyasını aparmaq, sayımını etmək və qəbulu ilə bağlı işlərin düzgün, dəqiq və zamanında təşkil olunmasını təmin etmək.
- Maddə vəsaitlərinin idarə olunması: Əsas vəsaitlərin və mal-material qalıqlarının uçotunu aparmaq, uyğun proqram təminatları vasitəsilə vəsaitlər haqqında məlumat bazası yaratmaq.
- Müqavilə sənədlərinin hazırlanması: Daxil olan müraciətlərə əsasən müqavilə, əlavə razılaşma və ya xitam şablonlarından istifadə edərək müqavilə sənədlərinin hazırlanması.
- Uçot və monitorinq: Bağlanmış müqavilələrin uçotunu aparmaq, müqavilələrin etibarlılığını izləmək və təchizatçıya olan cari borcları müəyyənləşdirərək onların ödənilməsinə nəzarət etmək.
- Ödənişlərin və sənədlərin yoxlanması: Ödəniş üçün təqdim edilən hesab-fakturaları, e-qaimələri və aktları yoxlamaq, həmçinin müvafiq sənəd axışını izləmək.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə üstünlük verilir).
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
- Dövlət satınalmaları haqqında qanunvericilik bilikləri və təcrübəsi.
- Azərbaycan dili (əla), İngilis dili (yaxşı) bilikləri.
- SAP proqramını yaxşı səviyyədə bilmək.
- MS Windows, MS Office (Excel, Word, Outlook) proqramlarında mükəmməl bacarıqlar.
- Şifahi və yazılı ünsiyyət qurma bacarığı.
- Komanda ilə işləmə bacarığı.
Son müraciət tarixi: 14 Dekabr 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
What's Your Reaction?