Kontakt Home vakansiya: İradların həlli üzrə inzibatçı.

İradların həlli üzrə inzibatçı vakansiyası – Müştəri xidmətləri və iradların effektiv həlli sahəsində təcrübəsi olan peşəkarlar üçün böyük fürsət. Səlis Azərbaycan və Rus dili biliyi, müştərilərlə ünsiyyət bacarığı olan namizədlər üçün.

Sep 16, 2024 - 10:45
Sep 16, 2024 - 11:00
 0
Kontakt Home vakansiya: İradların həlli üzrə inzibatçı.
Kontakt Home vakansiya: İradların həlli üzrə inzibatçı.

Vəzifə öhdəlikləri:

  • Çağrı mərkəzinə daxil olan irad müraciətlərinin qəbul edilməsi və digər sualların operativ cavablandırılması;
  • Qəbul olunan zənglərin sistemdə qeydiyyatının aparılması və izlənməsi;
  • Zərurət olduğu halda geri dönüş zənglərinin edilməsi;
  • Müştərilərin irad və təkliflərinin dinlənilməsi və aidiyyatı üzrə yönləndirilməsi;
  • Hər ayın son iş günü mövcud olan problemlərlə bağlı hesabatın hazırlanması.

Tələblər:

  • Ali təhsil;
  • Səlis Azərbaycan və Rus dili biliyi;
  • Müştərilərlə effektiv ünsiyyət qurma bacarığı;
  • Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
  • Məsuliyyətlilik və inkişafa meyillilik;
  • Stresə davamlılıq və problemləri həll etmə qabiliyyəti;
  • Kollektivdə komanda ilə işləmə bacarığı.

İş şəraiti:

  • İş günləri: 5 iş günü, 2 gün istirahət;
  • İş saatı: 09:00-18:00 / 12:00-21:00.

İradların həlli üzrə inzibatçı vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 26 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow