Kontakt Home vakansiya: Kassir (Masazır).
Masazırda Kassir vakansiyası üçün müraciət edin. Kredit ödənişləri, pul vəsaitlərinin qəbul edilməsi və kassa aparatları üzrə iş təcrübəsi tələb olunur. Maliyyə sahəsində iş istəyirsinizsə, bu iş təklifi sizin üçün idealdır. Kassir vəzifəsi ilə bağlı ətraflı məlumatı bu elanda əldə edin.
İşin Təsviri:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;
- Ödənilən vəsaitlərin yoxlanması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərinin və sənədlərin izlənməsi, nəzarətdə saxlanması və hesabatının aparılması;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanması və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
- Müştərilərin suallarının dinlənilməsi, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönləndirilməsi.
Tələblər:
- Ali təhsil;
- Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
- Microsoft Office proqramları üzrə biliklərə malik olmalı;
- İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Qeyd:
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi:
Dekabr 30, 2024
What's Your Reaction?