AQA Şirkətlər Qrupu vakansiya: Problemli kreditlər üzrə mütəxəssis axtarılır.
Ferrum Capital QSC, problemli kreditlər üzrə mütəxəssis vakansiyası elan edir. 21-35 yaş aralığında, analitik ixtisaslara malik, problemli kreditlərlə işləmə təcrübəsi olan namizədləri gözləyirik. 400 AZN əmək haqqı və bonus imkanları ilə gənc istedadları komandamızda görmək istərik.
Vəzifə Öhdəlikləri:
- Problemli kredit portfellərinə nəzarət etmək;
- Gecikmələr üzrə müştərilərlə mütəmadi əlaqə saxlamaq və ödənişlərin təmin olunmasını həyata keçirmək;
- Gecikmə səbəblərini araşdırmaq və müvafiq tədbirlər görmək;
- Kredit ödənişlərinin düzgün həyata keçirilməsini təmin etmək;
- Hesabatların hazırlanması və vəzifə öhdəliklərinin dəqiqliklə yerinə yetirilməsi;
- Şirkət rəhbərliyinin tapşırdığı digər vəzifələri yerinə yetirmək.
Tələblər:
- İqtisadi, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;
- 21-35 yaş aralığı;
- Problemli kreditlər sahəsində minimum 1 il iş təcrübəsi;
- Tələbkar, obyektiv, məsuliyyətli və çevik olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarını müəyyən edə bilmək qabiliyyəti.
Əlavə Məlumat:
- İş Qrafiki: 5 günlük, 09:00–18:00;
- Əmək Haqqı: 400 AZN + bonus.
Problemli kreditlər üzrə mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini AQA Şirkətlər Qrupuna göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 4 noyabr 2024 il.
What's Your Reaction?