Kontakt Home vakansiya: Kreditor axtarılır.
Kontakt Home-da kreditor vəzifəsi üçün müraciət edin! Müştəri xidmətləri sahəsində inkişaf edin, analitik bacarıqlarınızı inkişaf etdirin və müştəri məmnuniyyətini artırın.
İş Təsviri:
- Müştərilərə kredit məhsulları haqqında ətraflı məlumat verilməsi.
- Kredit müraciətlərinin qəbul və analiz edilməsi.
- Müştəri hesablarının aparılması üzrə xidmətlərin göstərilməsi.
- Daxil olan müraciətlərin vaxtında icra edilməsi və müvafiq sənədlərin hazırlanması.
- Hissəvi satış müqavilələrinin şərtləri barədə müştərilərə məlumatın verilməsi.
- Müştəri və müqavilə məlumatlarının əməliyyat proqramına daxil edilməsi.
- Kredit portfelinə nəzarət edilməsi.
- Verilmiş kreditlərə dair xidmətlərin monitorinqinin aparılması.
Tələblər:
- Ali təhsil.
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
- Səlis Azərbaycan dili biliyi, rus dili biliyi üstünlükdür.
- MS Office, Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı.
- Analitik zəka və müştərilərlə effektiv işləmə qabiliyyəti.
- Riyazi hesablama aparma bacarığı.
- Ünsiyyətcillik və təşəbbüskarlıq.
- Komandada işləmək bacarığı.
- Mükəmməl kommunikasiya qabiliyyəti.
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Kreditor vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 14 oktyabr 2024 il.
What's Your Reaction?