Damla Mebel Fabriki vakansiya: Dizayner-Konstruktor axtarılır.
“Damla Mebel” MMC dizayner-konstruktor vakansiyası üzrə peşəkar namizədləri dəvət edir. Mebel sahəsində 3-5 il təcrübəsi olan, müasir dizayn proqramlarında bacarıqlı şəxslərin müraciət etməsi tövsiyə olunur.
Vəzifə: DİZAYNER-KONSTRUKTOR
Şirkət: Damla Mebel Fabriki
Şəhər: Bakı
Yaş: 22 - 45 yaş
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Bitmə tarixi: Oktyabr 17, 2024
E-mail: hr@damlamebel.az
İş barədə məlumat:
“Damla Mebel” MMC Azərbaycanın ən böyük mebel istehsalçılarından biridir. Müəssisəmiz müasir və keyfiyyətli mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində dünyaca məşhur şirkətlərə məxsus yalnız ekoloji cəhətdən təmiz və sertifikatlı materiallar istifadə olunur. Məhsullarımız Qazaxıstan, Gürcüstan, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan və digər ölkələrə ixrac olunur.
Vəzifə öhdəlikləri:
- Götürülmüş ölçülər əsasında proqramlarda qrafik planın hazırlanması
- Qrafik plan əsasında 3D formatında eskizlərin hazırlanması
- İşini keyfiyyətlə və dəqiq yerinə yetirmək
- Tələb olunan hesabat formalarının aydın və dəqiq doldurmaq
- Rəhbərinin digər tapşırıqlarını yerinə yetirməlidir.
İş şəraiti:
- Həftədə 6 iş günü, 1 gün (bazar) istirahət günü
- Əmək haqqı: Əmək bazarında rəqabətli əmək haqqı.
- İş yeri Abşeron r-nu, Masazır qəs., Qurtuluş YK-nin yaxınlığı.
- Servis xidməti fəaliyyət göstərir (20 Yanvar metrosu, Saray qəsəbəsi, Xırdalan və Sumqayıt şəhərləri üzrə).
Namizədə tələblər:
- Ali təhsil
- Mebel sahəsində ən azı 3-5 il iş təcrübəsi
- ArtCAM, PowerMILL, Corel DRAW, Alphacam, AutoCAD, 3ds Max, Adobe Photoshop proqramlarından yüksək səviyyədə istifadə bacarığı.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına “dizayner-konstruktor” mövzusuyla göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
What's Your Reaction?