Kontakt Home vakansiya: Satış Məsləhətçisi (Mingəçevir).
Kontakt Home şirkəti Mingəçevirdə Satış Məsləhətçisi vakansiyası axtarır. Müştəri xidmətləri sahəsində karyera qurmaq istəyənlər üçün mükəmməl bir fürsətdir.
Təsvir
Satış Məsləhətçisi olaraq, aşağıdakı vəzifələri yerinə yetirməlisiniz:
- Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması və müvafiq olaraq yerləşdirilməsi;
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
- Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməkliyin göstərilməsi;
- Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
İş Şəraiti
- İş rejimi: Növbəli
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
- Şirkət daxili təlim və inkişaf imkanları
- Karyera yüksəlişi imkanı
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar
Tələblər
- Satış təcrübəsi arzu olunandır.
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır.
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.
- Satış qabiliyyəti olmalı.
Satış Məsləhətçisi (Mingəçevir) vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.
What's Your Reaction?