Yelobank vakansiya: Biznes kreditlərin anderraytinqi şöbəsi, Aparıcı mütəxəssis/Baş mütəxəssis.

Yelo Bank ASC, Biznes Kreditlərin Anderraytinqi şöbəsində Aparıcı Mütəxəssis/Baş Mütəxəssis vakansiyası elan edir. Müştəri kredit müraciətlərinin anderraytinqi, kredit portfelinin monitorinqi və risklərin təhlilini əhatə edir.

Oct 1, 2024 - 11:21
Oct 1, 2024 - 11:25
 0
Yelobank vakansiya: Biznes kreditlərin anderraytinqi şöbəsi, Aparıcı mütəxəssis/Baş mütəxəssis.
Yelobank vakansiya: Biznes kreditlərin anderraytinqi şöbəsi, Aparıcı mütəxəssis/Baş mütəxəssis.

Vəzifələrin Təsviri

  • Bankın səlahiyyətləri çərçivəsində və açıq mənbələrdən istifadə edərək kredit bölməsindən əldə olunan məlumatların təhlili və risklərin qərəzsiz müəyyən edilməsi.
  • Müştərilərin kredit müraciətlərinin anderraytinqi – bankın daxili normativ sənədlərinə uyğun maliyyə göstəricilərinin hazırlanması və qərar hazırlığında iştirak.
  • Kredit portfelinin təhlili və monitorinqi.
  • Biznes müştərilərinin kredit müraciətləri ilə bağlı Mərkəzləşdirilmiş Kredit Reyestri ilə qarşılıqlı əlaqənin həyata keçirilməsi.
  • Kredit risklərinin minimallaşdırılması məqsədilə korporativ kredit məhsullarının icrasının keyfiyyətinə və tətbiqinə nəzarət.
  • Hesabatların hazırlanması.

Tələblər

  • Ali təhsil.
  • Kreditlərin verilməsi və anderraytinq üzrə minimum 2 il iş təcrübəsi.
  • Ünsiyyət qurma bacarığı.
  • Məsuliyyətli və dəqiq olmaq.
  • Riyazi biliklər.
  • Komandada işləmə bacarığı.

Biz Sizə Nə Təklif Edirik

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək və inkişaf etdirmək üçün rahat iş şəraiti.
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar.
  • Könüllü tibbi sığorta proqramına qoşulma.
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Son tarix: Noyabr 19, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə

Elektron poçtunuzun “mövzu” yerinə “Biznes kreditlərin anderraytinqi şöbəsi, Aparıcı mütəxəssis/Baş mütəxəssis” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 19 noyabr 2024 il. 

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow