Xalq Bank vakansiya: Xəzinədarlıq İdarəsinin Birja əməliyyatları şöbəsinin mütəxəssisi.

Xalq Bankda Xəzinədarlıq İdarəsinin Birja əməliyyatları şöbəsinə mütəxəssis axtarılır. Maliyyə, bank işi, riyaziyyat bilikləri olan, üç dildə mükəmməl danışan namizədlər üçün ideal imkan.

Oct 1, 2024 - 11:58
Oct 1, 2024 - 12:00
 0
Xalq Bank vakansiya: Xəzinədarlıq İdarəsinin Birja əməliyyatları şöbəsinin mütəxəssisi.
Xalq Bank vakansiya: Xəzinədarlıq İdarəsinin Birja əməliyyatları şöbəsinin mütəxəssisi.

Vəzifə öhdəlikləri:

  • Banklararası valyuta və qiymətli kağızlar bazarında əməliyyatlar aparmaq.
  • Banklararası cəlbetmə/yerləşdirmə və qiymətli kağızlar portfelinin hesabatlılığını təmin etmək.
  • Bağlanılmış bütün əməliyyatlar üzrə rəsmi sənədlərin hazırlanıb əqd bağlanan tərəfə göndərilməsini və bankdaxili digər struktur bölmələrinin çevik məlumatlandırılmasını təmin etmək.
  • Əməkdaşlıq etdiyi yerli və xarici banklarla mütəmadi əlaqələri təmin etmək.
  • Şöbə daxilində digər gündəlik vəzifələr, sənədləşmə, əməliyyatlara nəzarət etmək.
  • Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq.

Tələblər:

  • İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili.
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).
  • Bank işi sahəsində təcrübə.
  • Azərbaycan, Rus, İngilis dillərini mükəmməl səviyyədə bilmək.
  • Mərkəzi Bankın müvafiq normativ sənədlər və qanunları üzrə nəzəri biliklərə malik olmaq.
  • Riyazi hesablama aparmaq qabiliyyəti.
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı.
  • Öyrənmə qabiliyyəti.
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı.
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
  • Kompüter bilikləri (MS Excel proqramı üzrə mükəmməl biliklər tələb olunur).

Vakansiya haqqında:

  • Son tarix: Oktyabr 31, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və idarəetmə

Xəzinədarlıq İdarəsinin Birja əməliyyatları şöbəsinin mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini Xalq Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 31 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow